“Azərbaycan Respublikası hökuməti, Gürcüstan hökuməti və Türkiyə Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası hökuməti, Gürcüstan hökuməti Türkiyə Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” 2018-ci il martın 31-də Giresun şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 25 oktyabr.- S.3.