Baş nazirin müavini Riçard Raşe: УSlovakiya Azərbaycanla əməkdaşlıqda maraqlıdırФ

 

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Baş nazirinin investisiya və informasiyalaşdırma üzrə müavini Riçard Raşenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasındakı mövcud iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Azərbaycan-Slovakiya əlaqələrinin inkişaf etdiyini qeyd edən Baş nazirin müavini Əli Əhmədov hazırda ölkələrimizin iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji, ticarət, investisiya qoyuluşu sahələrində əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində böyük potensialın olduğunu qeyd edib.

Slovakiya Baş nazirinin müavini Riçard Raşe Foruma aldığı dəvətə görə təşəkkürünü bildirib. O, Azərbaycanda sürətli inkişafın şahidi olduğunu diqqətə çatdıraraq ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün ölkələrimizin potensialını vurğulayıb. Qonaq ölkəsinin xüsusilə turizm, informasiyalaşdırma və investisiya qoyuluşu sahələrində Azərbaycanla əməkdaşlığa maraq göstərdiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2018.-26 oktyabr.- S.5.