Qalubiyyə vilayətinin qubernatoru: Azərbaycan ilə Misiri sıx dostluq və qardaşlıq telləri bağlayır

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Misir Ərəb Respublikasının Qalubiyyə vilayətinin qubernatoru Alaa Abdelhalimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanla Misir arasında yüksək səviyyəli dostluq əlaqələrindən danışan Baş nazirin müavini qeyd edib ki, iki ölkənin münasibətlərinin daha da inkişaf etməsində xalqlarımız arasında tarixi əlaqələrin və prezidentlərin qarşılıqlı səfərlərinin böyük rolu var.

Əli Əhmədov Qalubiyyə vilayətinin qubernatorunun Azərbaycana səfərini, eyni zamanda, Bakı Beynəlxalq Humanitar Forumunda iştirakını dostluq əlaqələrimizə verilən bir töhfə kimi dəyərləndirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən Əli Əhmədov Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində bir milyondan çox insanın doğma yurd-yuvasından didərgin düşdüyünü diqqətə çatdırıb. Misirin Azərbaycanın ərazi bütövlüyünüsuverenliyini hər zaman dəstəklədiyini deyən Baş nazirin müavini Azərbaycan üçün bunun böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

"Azərbaycanı Misirlə sıx dostluq və qardaşlıq telləri bağlayır”, - deyən Qalubiyyə vilayətinin qubernatoru Alaa Abdelhalim ölkəmizdə olmasından və Beynəlxalq Humanitar Forumda iştirakından məmnunluğunu ifadə edib. Qubernator Misirin Azərbaycanla iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə, xüsusən kənd təsərrüfatı, turizm, sənaye və humanitar sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

Alaa Abdelhalim Qalubiyyə ilə Abşeron rayonunun qardaşlaşmasını, Abşeronda Azərbaycan-Misir dostluq parkının, Xırdalan şəhərinin mərkəzində Qalubiyyə küçəsinin, Misir-Ərəb təmayüllü məktəbin, Qalubiyyədə isə Heydər Əliyev Parkının, Azərbaycan küçəsinin və Birinci vitse-prezident Mehriban Əliyevanın adını daşıyan məktəbin açılmasını iki ölkə arasında dostluğun əyani təzahürü kimi qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan.- 2018.-27 oktyabr.- S.2.