Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018 mədəniyyət ili çərçivəsində seminar keçirilib

 

"Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018 mədəniyyət ili çərçivəsində "Ekstremizmislamafobiyaya qarşı mübarizə mexanizmi kimi vasitəçilik və dialoq mədəniyyəti üzrə seminar M.F.Axundzadə adına Milli Kitabxanada təşkil olunub.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin iştirakçılara ünvanladığı məktub oxunub.

Paneldə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev "Yeni insanın formalaşmasında dini ekstremizmlə mübarizənin rolu: hüquqi və fəlsəfi aspektləri mövzusunda məruzə ilə çıxış edib. Ekstremizmə qarşı mübarizədə dövlət siyasətinin mühüm istiqamətlərindən söz açan natiq cəmiyyətin gələcək inkişafı naminə beynəlxalq standartlara cavab verən yeni düşüncə tərzinin formalaşmasının vacib elementləri barədə fikirlər səsləndirib.

Seminarda Milli Məclisin deputatı, tarix elmləri doktoru Pərvin Kərimzadə, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev və digər tanınmış elm adamları çıxış ediblər.

 

Azərbaycan.- 2018.-27 oktyabr.- S.7.