Mehriban Əliyevadan :Xalqımın xoş diləkləri mənim fəaliyyətimə verilən ən yüksək qiymətdir

 

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə Azərbaycanın xarici ölkələrin tanınmış ictimai-siyasi, elm təhsil xadimlərindən, ziyalılardan, sadə vətəndaşlardan çoxsaylı təbrik məktubları daxil olub. Təbrik məktublarında Birinci vitse-prezidentin müasir Azərbaycanın dövlət idarəçiliyində inkişafında oynadığı yüksək rola böyük dəyər ifadə olunur, ölkəmizdə onun hüdudlarından kənarda həyata keçirdiyi humanist xeyirxah fəaliyyəti yüksək qiymətləndirilir. Təbrik məktublarında Mehriban xanıma dərin hörmət, məhəbbət, inam etimad ifadə olunur.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva onu təbrik edənlərə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

 

"Əziz dostlar,

Doğum günüm münasibətilə çoxlu təbriklər almışam. Ən müxtəlif insanlar mənə səmimi arzularını, ürək sözlərini ünvanlayırlar. Tələbələr pensiyaçılar, həmvətənlərimiz xaricdəki dostlarımız mənə məktub yazırlar. Çox təəssüf ki, sizin hər birinizə şəxsən cavab verməyə fiziki baxımdan imkanım yoxdur. Lakin mənə ünvanladığınız səmimi sözlərə, fəaliyyətimə verdiyiniz xoş yüksək qiymətə görə hamınıza ürəkdən təşəkkür edirəm. Hər bir təbrik mənim üçün dəyərlidir mənə müsbət enerji verir.

 

Əziz dostlar,

Biz dinamik inkişaf edən dünyada yaşayırıq. Baş verən bütün dəyişikliklərə baxmayaraq insanlıq saflıq, səmimilik xeyirxahlıq, mərhəmət sevgi həmişəki kimi başlıca dəyərlər olaraq qalır.

Mən sizin sevginizi dəstəyinizi həmişə hiss etmişəm. Sizin xoş diləkləriniz mənim fəaliyyətimə verilən ən yüksək qiymətdir. Buna görə sağ olun. İnanın ki, bu, doğum günü üçün ən yaxşı hədiyyədir.

 

Əziz dostlar,

Diqqətinizə səmimi təbriklərinizə görə sizin hamınıza bir daha ürəkdən təşəkkür edirəm.

Sizin hamınıza xoşbəxtlik, cansağlığı, nurlu, sevgi ilə dolu həyat, doğma Azərbaycanımıza sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm”.

 

Azərbaycan.- 2018.- 2 sentyabr.- S.1.