Tacikistan Respublikasının Prezidenti zati-aliləri cənab Emoməli Rəhmona

 

Hörmətli Emoməli Şərifoviç!

Tacikistan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Sizin simanızda bütün xalqınıza öz adımdan Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Tacikistan ictimai-siyasi sabitlik, dayanıqlı sosial-iqtisadi inkişaf yolu ilə irəliləyir. Ölkənizin beynəlxalq nüfuzu, regional məsələlərdə rolu gündən-günə artır.

Azərbaycan-Tacikistan əlaqələri zəngin ənənələrə malikdir. Keçən ay Azərbaycana rəsmi səfəriniz bu ənənələrin aşkar təzahürüdür. İnanıram ki, dövlətlərarası münasibətlərimiz, qarşılıqlı maraq doğuran əməkdaşlığımız bundan sonra da inkişaf edəcək genişlənəcəkdir.

Hörmətli Emoməli Şərifoviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına daim əmin-amanlıq firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 sentyabr 2018-ci il

Azərbaycan.-2018.- 9 sentyabr. - S.1.