Dərin iqtisadi münasibətlər üçün güclü potensial var

 

Azərbaycan-Rusiya arasında imzalanan yeni 17 sənəd hərtərəfli əməkdaşlığın gələcək inkişafı üçün möhkəm əsas yaradır

 

 

Bu ilin sonunadək Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda açılmış Azərbaycan İş Mərkəzində Azərbaycanın şərab və çay evləri fəaliyyətə başlayacaq.

Bu il həmçinin Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan "Ticarət Evinin, MoskvaSankt-Peterburq şəhərlərində isə Azərbaycan şərab evlərinin açılması planlaşdırılır. Bununla yanaşı, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində Azərbaycan pavilyonunun yaradılması istiqamətində görülən işlər ticarət əlaqələrinin genişlənməsinə əhəmiyyətli töhfələrdir.

Bu məlumatlar iqtisadiyyat naziri Şahin Mustafayevin bu günlərdə mətbuata verdiyi açıqlamada öz əksini tapıb.

 

 

Gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən sənədlər

 

 

2008-ci il sentyabrın 1-də Azərbaycan və Rusiya arasında dostluqstrateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Liderlərin Soçi görüşü də məhz bu bəyannamənin 10 illiyinə təsadüf edib.

Azərbaycan Prezidentinin Rusiya səfərinin başlıca xüsusiyyətlərindən birionun daha çox iqtisadi mahiyyət daşımasıdır. Səfər zamanı iki ölkə arasındakı əməkdaşlığın müxtəlif istiqamətləri ilə yanaşı, iqtisadi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənədlər imzalanıb. Bu iqtisadi sənədlər əməkdaşlığın gələcək inkişafı üçün möhkəm əsas yaradır.

Bu sənədlər arasında dövlət başçıları tərəfndən imzalanmış iki ölkə arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri ilə bağlı "Birgə Bəyanat”da çox əhəmiyyətli müddəalar mövcuddur. Belə ki, sənəddə qarşılıqlı faydalı ticari-iqtisadiinvestisiya əməkdaşlığının inkişafı üçün daha əlverişli şəraitin yaradılması, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Rusiya-Azərbaycan hissələrində tranzit-nəqliyyat potensialının artırılması, milli iqtisadiyyatın və ixracın şaxələndirilməsi, innovasiyalı inkişaf sahəsində məsələlərin həlli üçün perspektiv sahələrdə və sektorlarda birgə istehsalın yaradılması nəzərdə tutulur.

Gənclər siyasəti, təhsil, idmanturizm məsələləri daxil olmaqla humanitar sahədə də bu əməkdaşlığın genişləndirilməsi kimi mühüm prioritetlər müəyyənləşdirilib. İqtisadiyyat naziri Şahin Mustafayev birgə bəyanatda əksini tapan inkişaf istiqamətlərinin iki ölkə arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsində iqtisadi əməkdaşlığın rolunu və əhəmiyyətini artıracağını, iqtisadi-ticari əlaqələrin müasir tələblərə cavab verən yeni inkişaf səviyyəsinə yüksəldilməsinə zəmin yaradacağını vurğulayıb.

 

 

Qarşılıqlı investisiya qoyuluşları və birgə layihələr mövcuddur

 

 

Prezident İlham Əliyevin Soçiyə səfəri zamanı iki ölkə arasında imzalanmış digər sənədlər də Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin genişlənməsinə əlavə stimul verəcək.

Ümumiyyətlə, iki dost ölkə arasaındakı münasibətlər yeni inkişaf mərhələsindədir. İqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyinin məhz Rusiyada yaradılması iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verilən önəmin göstəricisidir.

İqtisadi-ticari əlaqələrin inkişafında Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının fəaliyyəti çox təqdirəlayiqdir. İki ölkə arasında qarşılıqlı investisiya qoyuluşları və birgə layihələr həyata keçirilir. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox sərmayə qoyulub, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan artıq investisiya yatırıb. Ölkəmizdə Rusiya kapitallı 700-dən çox şirkət fəaliyyət göstərir.

 

 

İqtisadi əməkdaşlığın önəmli nümunələri

 

 

"SOCAR Polymer” layihəsi və Pirallahı Sənaye Parkında yaradılan Azərbaycan-Rusiya birgə əczaçılıq müəssisəsi iqtisadi əməkdaşlığın önəmli nümunələrindəndir. "SOCAR Polymerpolipropilen qurğusu artıq fəaliyyət göstərir, yüksək təzyiqli polietilen qurğusu bu ilin sonunadək istismara veriləcək. Əczaçılıq zavodunda qablaşdırma xəttinin isə gələn il istifadəyə verilməsi nəzərdə tutulur.

Azərbaycan Rusiyanın federal subyektləri ilə də sıx əməkdaşlıq edirbu ölkənin Şimali Qafqaz regionunda əsas investorlarındandır. Yessentukidə "İstoçniksanatoriya-turizm mərkəzi, Krasnodarda meyvə-tərəvəz konservləri və çay istehsalı zavodları, JeleznovodskdaKislovodskda sanatoriya-mehmanxana kompleksinin tikintisisair Azərbaycan şirkətləri tərəfindən reallaşdırılan uğurlu layihələrdəndir.

 

 

Hacıqabul Sənaye Məhəlləsində "QAZ” markalı avtomobil yığılacaq

 

2015-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq, Gəncə avtomobil zavodunda "KamAZ” markalı yük maşınları yığılır. Bu sahədə əməkdaşlığın davamı olaraq, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı Hacıqabul Sənaye Məhəlləsində kiçik tonnajlı "QAZ” markalı avtomobillərin yığılması barədə razılıq əldə edilibbu məqsədlə sənaye məhəlləsində zavod tikiləcək.

İki dost ölkə arasında ənənəvi regionlararası forumlar təşkil edilir və belə tədbirlər ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır. Növbəti Azərbaycan-Rusiya Regionlararası Forumunun sentyabrın sonunda ölkəmizdə keçirilməsi nəzərdə tutulur.

İqtisadi əməkdaşlığın perspektivlərinə gəlincə isə, nazir vurğulayıb ki, Azərbaycan əlaqələrin genişlənməsinə xüsusi önəm verirbu baxımdan sənaye, neft maşınqayırması, turizm, tranzit, Rusiya şirkətlərinin ölkəmizdə yaradılan sənaye parklarında və aqroparklarda investor kimi iştirakı, birgə müəssisələrin yaradılması, qeyri-neft məhsullarımızın bu ölkəyə ixracı, regionlararası əməkdaşlığın genişləndirilməsi və sair sahələrdə əməkdaşlıq imkanları genişdir.

 

İlin sonunadək Rusiyaya yeni ixrac missiyaları təşkil olunacaq

 

"Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Rusiyaya ixrac missiyaları təşkil edilib, Azərbaycan şirkətləri Rusiyada keçirilmiş "Worldfood”, "Prodexpo” və sair kimi önəmli sərgilərdə vahid ölkə stendi ilə təmsil olunub.

İlin sonunadək Rusiyaya yeni ixrac missiyaları təşkil olunacaq, Azərbaycanın 30-dan çox şirkətinin məhsulları sentyabrda qonşu ölkədə keçiriləcək "Worldfood Moscow” sərgisində vahid ölkə stendində nümayiş etdiriləcək. Görülən işlərin nəticəsi olaraq, 2017-ci ildə Rusiyaya meyvə ixracı 20,9 faiz, tərəvəz ixracı isə 58,4 faiz artıb. Bu ildə də artım meyili davam edir. Belə ki, 2018-ci ilin birinci yarısında meyvə ixracında 70,6 faiz, tərəvəz ixracında isə 10,3 faiz artıma nail olunub.

Kənd təsərrüfatı məhsulları ticarətinin genişləndirilməsi, Azərbaycandan Rusiyaya meyvə-tərəvəz satışının artırılması dövlət başçıları tərəfindən qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Bu sahədə inkişafı təmin etmək məqsədilə iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının nəzdində müvafiq işçi qrup fəaliyyət göstərir. İşçi qrup tərəfindən görülmüş tədbirlər nəticəsində indiyədək 20-dən çox Azərbaycan müəssisəsi Rusiya Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin reyestrinə daxil edilib və həmin müəssisələrə istehsal etdikləri ət və süd məhsullarının maneəsiz olaraq bu ölkəyə ixrac edilməsinə razılıq verilib.

 

Azərbaycan-Rusiya sərhədində xüsusi gömrük postu yaradıla bilər

 

İki ölkə liderinin görüşü zamanı müzakirə edilən ən vacib məsələlərdən biri də "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”nin yaratdığı imkanlar olub. Bu layihə regionda tranzit və yükdaşımaların həcminin artmasında mühüm əhəmiyyətə malikdir.

Bu gün iki ölkə arasında avtomobil, dəmir yolları və hava nəqliyyatı ilə sərnişin və yükdaşımalar həyata keçirilir. Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq məqsədilə nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində mühüm işlər görülür. "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi” nəinki Azərbaycan, həm də digər ölkələr, eləcə də Rusiya üçün nəqliyyat-tranzit sahəsində əməkdaşlıq baxımından əhəmiyyətlidir.

Xatırladaq ki, bu dəhliz daha çox ölkəni əhatə etməklə, iqtisadi-ticari əlaqələrin genişlənməsində və tranzit imkanlarının artmasında faydalı ola bilər. Hazırda "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”nin ayrı-ayrı hissələri üzrə işlər davam etdirilir. Nəqliyyat dəhlizinin bir hissəsi olanRusiya ilə birgə həyata keçirilən Samur sərhəd çayı üzərindən körpünün tikintisinin gələn il başa çatdırılması nəzərdə tutulur. Əlbəttə ki, bu, qonşumuzla nəqliyyat və ticarət əlaqələrinin inkişafına, yük daşımalarının artmasına əhəmiyyətli dərəcədə təsir edəcək.

Nazirin sözlərinə görə, səfər zamanı Rusiyanın Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalar həyata keçirməsi imkanları, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədilə Azərbaycan istehsalı olan aksizli malların ixracı üçün Azərbaycan-Rusiya sərhədində xüsusi gömrük postunun yaradılması məsələləri də müzakirə edilib. Görüşlərdə gömrük infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığı vurğulanıb.

İki ölkə arasında əmtəə mübadiləsinin artması xarici iqtisadi qarşılıqlı əlaqələrin inkişafının böyük potensialını nümayiş etdirir. Avqustun 12-də Qazaxıstanda Xəzərin hüquqi statusu haqqında qəbul edilmiş konvensiya birgə müəssisələrin yaradılması, yeni layihələrin icrası üçün real imkanlar açıb.

Əminliklə söyləyə bilərik ki, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri və imzalanmış 16 mühüm sənəd iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə, uğurlu iqtisadi-ticari əməkdaşlığın inkişafına təkan verəcək.

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2018.- 11 sentyabr. - S.1;2.