Qırğızıstan KİV-i Prezident İlham Əliyevin Çolpon-Ata şəhərinə səfərini geniş işıqlandırıb

 

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın Çolpon-Ata şəhərinə səfəri, Prezident Sooronbay Jeenbekov ilə görüşü, Çingiz Aytmatov adına "Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində iştirakı və çıxışı ölkənin nüfuzlu kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Yazılarda Azərbaycanın və Qırğızıstanın dost və qardaş ölkələr olduğu vurğulanır, əməkdaşlığın ölkələrimiz və xalqlarımız üçün səmərəli olduğu bildirilir.

Qırğızıstanın telekanalları və böyük oxucu auditoriyasına malik olan sayasat.kg portalı, Qırğızıstan Hökumətinin rəsmi saytı - gov.kg, kabar.kg, kaktus.media, vesti.kg, 24.kg, sputnik.kg, kginform.com, Qırğız Respublikası Prezidentinin rəsmi saytı - president.kg, stanradar.com, İctimai Teleradio Yayım Korporasiyasının rəsmi saytı, ktrk.kg, akipress.org, bulak.kg, kabarlar.kg, asiatv.kg portalları səfər haqqında silsilə materiallar yayıb.

Qırğızıstanın dövlət qəzetləri olan "Qırğız tuusu” ("Qırğız sözü”) və "Slovo Kırqızstana”da, populyar "Veçernıy Bişkek” qəzetində də səfərlə bağlı geniş məqalələr dərc olunub.

Yazılarda Prezident Sooronbay Jeenbekovla görüşdə Prezident İlham Əliyevin sözlərindən sitat gətirilib: "Biz Qırğızıstanla əməkdaşlığa mühüm əhəmiyyət veririk. Əməkdaşlığı bütün istiqamətlər üzrə - həm siyasi, həm də iqtisadi sahələrdə artırmaq niyyətindəyik”. Dövlətimizin başçısının sammitdəki çıxışından da fikirlərə yer verilib: "Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır. Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edirbiz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verirbu dəstək çox önəmlidir. Hesab edirəm ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacaqdır”. Qeyd edilir ki, Azərbaycan Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvlərini Türk Şurası çərçivəsində regional təhlükəsizlik məsələlərini müzakirə etməyə çağırıb.

Qırğızıstan mətbuatı yazır ki, İlham Əliyev sammitdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Dövlət başçısı deyib: "Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkir. İyirmi ildən çoxdur ki, beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağonun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt olunmuş, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır, hərbi cinayətlər, Xocalı soyqırımı törədilmişdir. Bu gün 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyır. Bir gecədə 600-dən çox günahsız insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir, mindən çox insan itkin düşüb”.

 

Azərbaycan.-2018.- 11 sentyabr.- S.2.