“Azərbaycan” qəzeti xalqa, dövlətçiliyə və Prezidentə möhkəm bağlılığı, sədaqəti ilə ən ön mövqedədir

 

"Azərbaycanqəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqova

 

 

Hörmətli Bəxtiyar müəllim!

Azərbaycan mətbuatında özünəməxsus yeri dəst-xətti ilə seçilən "Azərbaycanqəzetinin 100 illik yubileyi münasibətilə Sizi qəzetin yaradıcı heyətini İqtisadiyyat Nazirliyi adından təbrik edirəm.

Ümummilli lider Heydər Əliyev ölkəmizdə söz mətbuat azadlığına böyük önəm vermiş, medianın inkişafını daim diqqətdə saxlamışdır. Ulu öndərin hərtərəfli inkişaf strategiyasını böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Hazırda güclü iqtisadi potensiala malik olan davamlı inkişaf edən Azərbaycanda digər sahələrlə yanaşı, kütləvi informasiya vasitələrinin inkişafına da hərtərəfli dövlət dəstəyi göstərilir.

İlk sayı 100 il əvvəl - Azərbaycan Xalq Cümhuriyyəti dövründə işıq üzü görən "Azərbaycanqəzeti bütün fəaliyyəti dövründə "Əkinçi”dən başlanan yola şərəflə xidmət edir, ölkəmizin mütərəqqi mətbuat ənənələrini layiqincə yaşadır. Rəsmi dövlət qəzeti statusunu daşıyan ölkənin əsas nəşri hesab olunan "Azərbaycanqəzeti dövlət vətəndaş mövqeyindən çıxış edir, xalqa dövlətçiliyə, Azərbaycan Respublikasının Prezidentinə möhkəm bağlılığı, sədaqəti ilə ən ön mövqedədir. Fəaliyyətini tarixi ənənələr üzərində quran, qarşıya qoyduğu prinsipial hədəflərə sadiqlik nümayiş etdirən "Azərbaycanqəzeti peşə meyarlarına tələbkar münasibəti, ölkədə beynəlxalq aləmdə cərəyan edən hadisələrə operativ yanaşması ətraflı təhlilləri ilə digər KİV-dən seçilir. Qəzetin hazırladığı xəbərlər analitik materiallar cəmiyyətimizin tərəqqisinə, qloballaşan dünyada milli-mənəvi dəyərlərimizin, milli maraqlarımızın qorunmasına, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verir.

Qəzetin peşəkar kollektivi tərəfindən digər sahələrdə olduğu kimi, Azərbaycan iqtisadiyyatının inkişafına, bu sahədə aparılan genişmiqyaslı islahatlara və həyata keçirilən layihələrə dair mütəmadi olaraq qəzetdə dərin təhlilə əsaslanan sanballı materiallar dərc olunur, İqtisadiyyat Nazirliyi ilə səmərəli əməkdaşlıq həyata keçirilir.

Əminik ki, hamımızın doğma qəzeti, etibarlı informasiya mənbəyimiz olan "Azərbaycan” qəzeti qazandığı nüfuzu ilə daim milli mətbuatımızın önündə olacaq, əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Sizi, "Azərbaycan” qəzetinin peşəkar kollektivini və çoxminli oxucularını qəzetin 100 illik yubileyi münasibətilə bir daha təbrik edir, yeni uğurlar arzulayıram.

 

Şahin MUSTAFAYEV,

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan.-2018.- 15 sentyabr.- S.3.