“Azərbaycan” qəzeti çağdaş mətbuatımızda özünəməxsus mövqeyə, böyük nüfuza malikdir

 

 

"Azərbaycanqəzetinin baş redaktoru, Milli Məclisin deputatı cənab Bəxtiyar Sadıqova

 

Hörmətli Bəxtiyar müəllim!

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı yadigarı, milli mətbuatımızın inkişafında özünəməxsus yeri olan "Azərbaycanqəzetinin 100 illik yubileyi münasibətilə Sizi rəhbərlik etdiyiniz kollektivi səmimi-qəlbdən təbrik edirəm.

1918-ci il sentyabrın 15-də mətbuat tariximizdə ilk rəsmi dövlət qəzeti kimi nəşrə başlayan "Azərbaycanmilli dövlətçilik məfkurəsinin möhkəmləndirilməsində, xalqımızın azadlıq ideallarının, mədəniyyətinin, irsinin yaşadılması təbliğində müstəsna rol oynamışdır. Bu qəzetin işıq üzü görməsi tariximizin şanlı hadisəsi - Bakının bolşevik-daşnak işğalından azad edilməsi, müstəqil Azərbaycanın öz paytaxtına qovuşması ilə bir günə təsadüf etmişdi. Bu, cümhuriyyət tariximizin, eyni zamanda mətbu fikir salnaməmizin yeni bir səhifəsinin açılması idi. "Azərbaycanqəzeti fəaliyyəti dövründə Xalq Cümhuriyyətinin ən mötəbər söz tribunası olmaqla yanaşı, 1875-ci ildə "Əkinçiilə başlanan XIX əsrin sonu - XX əsrin əvvəlində digər nəşrlərimizin davam etdirdiyi milli oyanış, özünüdərk istiqlaliyyət yolunun avanqardı olaraq bu salnamədə dərin iz qoymuşdur.

Dahi Üzeyir Hacıbəylinin qələmdaşlarının son dərəcə mürəkkəb ictimai-siyasi şəraitdə gərgin, yorulmaz fəaliyyəti sayəsində nəşr olunan qəzet ilk respublikamızın varolma mübarizəsində öz missiyasını sonadək, layiqincə yerinə yetirmişdir. Cümhuriyyət tarixinin öyrənilməsində 1918-1920-ci illərdə bu qəzetdə dərc olunmuş materialların müstəsna əhəmiyyəti var. Cümhuriyyətin süqutundan sonra "Azərbaycanqəzeti eyni aqibəti yaşamış, sovetləşmədən sonrakı siyasi-ideoloji reallıqlar onu mətbu fikir tariximizdən silməyə çalışmışdır. Bu gün biz həmin tarixi xatırlamaqla bərabər, "Azərbaycanqəzetinin taleyinə mühacirət, nisgilli ömür, repressiya yazılmış redaktorları - Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim, eləcə qəzetin o dövrdəki yazarlarının xatirəsini minnətdarlıqla yad edirik.

XX əsrin sonunda ölkəmiz yenidən istiqlaliyyət yoluna qədəm qoyduqdan sonra "Azərbaycanqəzeti fəaliyyətini bərpa edərək milli mətbuat ənənələrini uğurla davam etdirmiş, müstəqilliyimizə öz töhfələrini vermişdir. Bu gün əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik kursu, davamlı dinamik inkişaf strategiyası "Azərbaycanqəzetinin səhifələrində yüksək peşəkarlıqla işıqlandırılır.

 

Hörmətli Bəxtiyar müəllim!

 

Rəhbərlik etdiyiniz qəzetin ölkəmizin ictimai-siyasi, sosial mədəni həyatındakı proseslərə hər zaman fəal jurnalistika vətəndaşlıq mövqeyindən yanaşması xüsusilə təqdirəlayiqdir. "Azərbaycanqəzeti dövrün taleyüklü məsələləri ilə bağlı dövlətçilik mənafelərinə, milli-mənəvi dəyərlərə xüsusi diqqəti ilə seçilir bütün bunların sayəsində çağdaş mətbuatımızda özünəməxsus mövqeyə, böyük nüfuza malikdir. Qəzet həmçinin mədəniyyətimizin inkişafı təbliğini daim diqqətdə saxlayır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, mədəniyyətimizin himayədarı Mehriban xanım Əliyevanın təşəbbüsü dəstəyi ilə ölkəmizdə xaricdə reallaşan mədəniyyət layihələri qəzetdə geniş əks olunur. O cümlədən, Azərbaycanda uğurla gerçəkləşən beynəlxalq festivalların, digər irimiqyaslı mədəni tədbirlərin qəzetdə dolğun şəkildə işıqlandırılması məmnunluq doğurur. Bu fəaliyyətinizdə rəhbərlik etdiyiniz kollektivə yeni-yeni uğurlar arzulayıram.

"Azərbaycan”ın 100 illik yubileyi münasibətilə Sizi qəzetin bütün kollektivini bir daha təbrik edir, hər kəsə möhkəm cansağlığı, işdə həyatda daim xoş günlər diləyirəm.

 

Əbülfəs QARAYEV,

mədəniyyət naziri

Azərbaycan.-2018.- 15 sentyabr.- S.8.