“Azərbaycan” əsl jurnalistika məktəbinə çevirilib

 

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

 

"Azərbaycanqəzetinin baş redaktoru

 

cənab Bəxtiyar Sadıqova

 

 

Hörmətli Bəxtiyar Yusif oğlu!

 

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı milli mətbuatımızın avanqardı olan "Azərbaycanqəzetinin 100 illik yubileyi münasibətilə Sizi redaksiyanın peşəkar kollektivini şəxsən öz adımdan Mərkəzi Seçki Komissiyası adından ürəkdən təbrik edirəm.

Xalqımızın milli oyanış özünüdərkində, istiqlal ruhunun milli şüurunun formalaşmasında milli mətbuatımız müstəsna rola malikdir. "Əkinçiqəzetinin yaranması ilə əsası qoyulan bu irs görkəmli maarifpərvər ziyalılarımızın da dəstəyi ilə milli azadlıq hərəkatını müstəqil dövlətçilik ideyalarını inkişaf etdirərək müsəlman Şərqində xalq hakimiyyətinə insanların bərabərliyi prinsiplərinə əsaslanan ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına vəsilə olub. Olduqca çətin mürəkkəb ictimai-siyasi şəraitdə 1918-ci il sentyabrın 15-də ilk nömrəsi işıq üzü görən "Azərbaycanqəzeti bütün fəaliyyəti boyunca xalqımızın şərəfli istiqlal yolunun, müstəqil dövlətimizin qarşıya qoyduğu ali məqsədlərin demokratik prinsiplərin carçısına canlı salnaməsinə çevrilib.

Cümhuriyyətin süqutu ilə ölkə həyatının bütün sahələri kimi, milli mətbuatımıza da ağır zərbə vurularaq ən sərt şəkildə senzuralaşdırılıb, cəmiyyətdəki problemləri işıqlandırmaq qadağan olunub müstəqil mediamız tamamilə sıradan çıxmaq təhlükəsi ilə üz-üzə qoyulub. Sonradan ümummilli lider Heydər Əliyev tərəfindən media üzərindəki bütün dövlət tənzimləmə mexanizmləri ləğv edilib, senzura aradan qaldırılıb beləliklə, milli mətbuatımızın inkişafı üçün geniş imkanlar yaranıb.

Prezident İlham Əliyevin sərəncamları ilə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının qəbul edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, media qurumlarına birdəfəlik maliyyə yardımı göstərilməsi, qəzetlərin nəşriyyata olan borclarının ləğv edilməsi, jurnalistlərin sosial problemlərinin həll edilməsi, eləcə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün yüzlərlə media nümayəndəsinə dövlət hesabına mənzillər verilməsi s. ölkəmizdə azad medianın inkişafı üçün atılan addımların bariz göstəriciləridir.

Hazırda milli mətbuatımız dinamik inkişaf edərək müasir informasiya cəmiyyəti quruculuğunda, milli dövlətçilik maraqlarının, milli-mənəvi dəyərlərin qorunmasında geniş təbliğində əhəmiyyətli rol oynayır. Milli mətbuatımızın bayraqdarı olan "Azərbaycan” qəzeti də Sizin və redaksiyanın təcrübəli kollektivinin peşəkarlığı nəticəsində ölkəmizdəki hərtərəfli sözfikir azadlığı, siyasi plüralizm mühitində sərbəst şəkildə fəaliyyət göstərən çoxsaylı mətbu orqanlar arasında özünəməxsus dəstxətti, aydın və prinsipial mövqeyi, ölkədə və beynəlxalq aləmdə cərəyan edən hadisələrə dəqiq, obyektivoperativ yanaşması ilə cəmiyyətdə yüksək nüfuzstatusa malik əsl jurnalistika məktəbinə çevirilib.

Məmnuniyyətlə vurğulamaq istərdim ki, Mərkəzi Seçki Komissiyasının sıx əməkdaşlıq etdiyi "Azərbaycan” qəzeti ölkəmizdə seçkilərin yüksək səviyyədə təşkil olunması və keçirilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətlərinin öhdəsindən də ləyaqətlə və peşəkarlıqla gələrək seçkilərin azad, ədalətli və şəffaf keçirilməsində mühüm rol oynayır və vətəndaşlarımızın birbaşa Konstitusiya ilə təsbit olunan seçki hüquqlarının təmin olunmasına əhəmiyyətli töhfə verir.

İnanıram ki, milli mətbuatımızın şanlı və mütərəqqi ənənələrini layiqincə davam etdirən "Azərbaycan” qəzeti milli və dövlətçilik mənafeyinin qorunmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, milli və bəşəri ideyaların təbliğində, ölkəmizdə demokratiyanın, siyasi plüralizmin və aşkarlığın təmin olunmasında öz fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək.

Bu əlamətdar gündə Sizimilli istiqlalımızın həmyaşıdı və layiqli tərənnümçüsü olan "Azərbaycan” qəzetinin bütün kollektivini bir daha səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

 

 

Məzahir PƏNAHOV,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri

Azərbaycan.-2018.- 15 sentyabr.- S.9.