“Azərbaycan” dövlətçilik ideyalarına sədaqəti ilə müasir jurnalistikamız üçün əsl örnəkdir

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

 

"Azərbaycanqəzetinin baş redaktoru

 

cənab Bəxtiyar Sadıqova

 

 

 

Hörmətli Bəxtiyar müəllim!

Sizi rəhbərlik etdiyiniz kollektivi əlamətdar hadisə - "Azərbaycanqəzetinin 100 illik yubileyi münasibətilə dərin səmimiyyətlə təbrik edirəm!

İlk nömrəsi 15 sentyabr 1918-ci ildə işıq üzü görən "Azərbaycanqəzeti milli məfkurənin azadlıq ideyalarının yayılmasında, xalqımızın müstəqil dövlətçilik ənənələrinin formalaşdırılmasında, qorunmasında təbliğində tarixən mühüm rol oynamışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi müstəqil dövlət quruculuğu hərtərəfli tərəqqi, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar sürətli inkişaf dövrünün salnaməçisi olan bugünkü "AzərbaycanXalq Cümhuriyyəti zamanında çıxan "Azərbaycan”ın layiqli varisi kimi cəmiyyətimizdə böyük nüfuz rəğbət qazanmışdır.

Söz mətbuat azadlığının tam təmin olunduğu ölkəmizdə "Azərbaycanqəzeti özünün yaradıcılıq mövqeyi peşəkarlıq xüsusiyyətləri, milli-mənəvi dəyərlərə dövlətçilik ideyalarına sədaqəti ilə müasir jurnalistikamız üçün əsl örnəkdir.

Sizi bir daha yubiley münasibətilə təbrik edir, şəxsən Sizə kollektivinizin hər bir üzvünə möhkəm cansağlığı, uzun ömür, şərəfli yaradıcılıq fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!

 

 

Rövşən RZAYEV,

Azərbaycan Respublikası Qaçqınların Məcburi

Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan.-2018.- 15 sentyabr.- S.9.