“Azərbaycan” milli mətbuatımızın avanqardı, bayraqdarıdır

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

 

"Azərbaycanqəzetinin baş redaktoru cənab

 

Bəxtiyar Sadıqova

 

 

Hörmətli Bəxtiyar müəllim!

 

Sizi bütün kollektivinizi "Azərbaycanqəzetinin fəaliyyətə başlamasının 100 illik yubileyi münasibətilə tənrik edirəm.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış "Azərbaycanqəzeti yarandığı gündən milli-azadlıq mübarizəsinin ön sırasında addımlamış, xalqımızın çoxillik arzu istəklərinin ifadəçisinə çevrilmiş, onun mənəvi dəyərlərini, ictimai-siyasi ideallarının formalaşması işinə önəmli töhfə vermişdir. 1991-ci ildə yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini bərpa etmiş, azadlıq suverenlik ideyalarının həyata keçirilməsində fəal surətdə iştirak etmişdir.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra "Azərbaycanqəzeti, sözün həqiqi mənasında, əsl rəsmi dövlət qəzeti kimi fəaliyyət göstərməyə başlamışdır. Bu dövrdən etibarən müstəqil Azərbaycan mövzusu azərbaycançılıq "Azərbaycanqəzetinin əsas qayəsinə çevrilmişdir.

Mətbuat aləmində özünəməxsus dəstxətti ilə seçilən, fəaliyyətini mütərəqqəi tarixi ənənələr üzərində quran, qarşıya qoyduğu prinsipial hədəflərə bu gün sadiqlik göstərən "Azərbaycanqəzeti respublikanın keçmişinə, bu gününə, sabahına mükəmməl elmi-fəlsəfi baxışı özündə əks etdirir, xalqa, dövlətçiliyə bağlılığını nümayiş etdirir.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin bu gün uğurla davam etdirdiyi dövlətçilik kursu, davamlı dinamik inkişaf strategiyası "Azərbaycanqəzetinin səhifələrində yüksək peşəkarlıqla işıqlandırılır.

Ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycanqəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna rol oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri, ölkəmizdə hüquqi dövlət vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam mənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işlər ictimai-siyasi proseslər qərəzsiz işıqlandırılır.

Öz səhifələrində işçilərin sosial-iqtisadi hüquqlarının qorunması, onların sağlamlıqlarının əməyinin mühafizəsinin təmin edilməsi sosial problemlərinin həlli istiqamətində həmkarlar ittifaqları tərəfindən həyata keçirilən çoxsahəli işlərin vaxtaşırı olaraq dolğun şəkildə işıqlandırılması Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında məmnunluq doğurur.

İnanırıq ki, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi azad, demokratik cəmiyyət qurulması işində "Azərbaycanqəzeti fəaliyyət göstərdiyi bütün dövrlərdə öz yüksək amallarına sadiq qalaraq respublikamızda baş verən həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, dünyaya yayılmasında yüksək professionallıq, obyektivlik, prinsipiallıq, əsl dövlətçilik vətəndaş mövqeyi nümayiş etdirərək xalqımızın mütərəqqi mətbuat ənənələrini layinqincə davam etdirə biləcəkdir.

Azərbaycan həyatının bütün sahələrini əhatə edən dolğun, özünəməxsus yaradıcılıq ənənələri ilə püxtələşmiş, rəngarəngliyi, aktual mövzuları ilə geniş oxucu auditoriyası qazanmış, öz məsuliyyətini dərindən dərk edən "Azərbaycan” qəzeti bu gün milli mətbuatımızın ilk cümhuriyyət dövrünün bu müqəddəs ənənəsini şərəflə davam etdirir. Müasir milli mətbuatımızın avanqard, bayraqdarı olan "Azərbaycan” qəzetinin yubileyi münasibəti ilə kollektivinizin sevincinə qoşulur, bu mətbu orqanda bacarıqla, yüksək peşəkarlıqla çalışan əməkdaşları və çoxminli oxucuları təbrik edir, yeni-yeni uğurlar arzulayıram.

 

 

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı

Azərbaycan.-2018.- 15 sentyabr.- S.12.