Kapital qoyuluşunda özəl sektor dövlətlə bərabər səviyyəyə çatıb

 

Bu da ölkədə sahibkarlığın inkişaf səviyyəsinin göstəricisidir

 

İqtisadiyyatın dinamik inkişafına təkan verən başlıca amillərdən birikapital qoyuluşudur. Sərmayə yatırımı inkişafı təmin edən "qan damarı”dır. Bu prosesin daimi və sürətli olması iqtisadi inkişafın tempini artırır. Əgər hər hansı bir layihə həyata keçirilərkən onun kapitalla təminatı yoxdursa, icrası da mümkün deyil. Bir sözlə, ölkəmizin bu gün iqtisadi sahədə qazandığı uğurlarda sərmayə qoyuluşu önəmli rol oynayır.

Müstəqilliyimizin ilk illərində Azərbaycan əsasən xarici sərmayələrdən istifadə edirdi. Ona görə ki, iqtisadiyyatın inkişafı üçün özümüzün vəsait qoymaq imkanımız yox idi. Xarici sərmayələr ilk növbədə, neft sənayesinə yatırıldı. "Əsrin müqaviləsi” imzalandıqdan sonra neft sənayesinin yenidən dirçəldilməsi iqtisadiyyatın digər sahələrinə də müsbət təsir göstərməyə başladı. Belə ki, neft sənayesinə yatırılan sərmayə onunla bağlı digər sahələrin inkişafına da təsir göstərdi.

Dövlət "Əsrin müqaviləsi”ndən əldə etdiyi vəsaitdən ölkənin ümumi inkişafı üçün sərmayə yatırımı həyata keçirməyə başladı. Bu vəsait ilk növbədə, infrastruktur layihələrinin icrasına yönəldildi. İnfrastruktur layihələri həm iqtisadi, həm də sosial mahiyyət daşıyır. Dövlət hər ikisinin paralel inkişafını təmin etmək üçün kapital qoyuluşunu həyata keçirdi. Bunun sayəsində Azərbaycan istər iqtisadi, istərsə də sosial sahədə böyük uğurlara imza atdı.

Hazırda dövlət tərəfindən hər iki növ infrastruktur layihələrin maliyyələşdirilməsi həyata keçirilir. Bu gün neft sənayesinə, enerji təminatına, texnopark və aqroparkların tikintisinə, eləcə də təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial obyektlərin tikintisinə də vəsait ayrılmaqda davam edir. Sosial layihələr həyata keçirilərkən qaçqın və məcburi köçkünlərin, eləcə də Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı da yüksək səviyyədə həll olunur.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə iqtisadiyyatına, xüsusilə qeyri-neft sektoruna kapital qoyuluşunun əhəmiyyətini qeyd edərək demişdir: "İnvestisiya təşviqi mexanizmi işə düşüb, bunun çox böyük əhəmiyyəti var. Təsəvvür edin, əgər biz bu sistemi tətbiq etməsəydik, 2,5 milyard manat sərmayə özəl sektor tərəfindən qeyri-neft sektoruna qoyulmazdı. Məhz investisiya təşviqi sənədinin işə düşməsi nəticəsində 2,5 milyard manat dəyərində olan layihələr icra edilir. Bu, vaxtında atılmış addım idi, öz səmərəsini verir... Sənaye parklarının yaradılması da öz səmərəliliyini göstərmişdir. Əgər biz bu parkları yaratmasaydıq, orada investorlara güzəştli şərtlər yaratmasaydıq, indi 50-yə yaxın rezident olmazdı. Bu gün bu parklarda icra edilmişicra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır. Bax, investisiya təşviqi sənədi 2,5 milyard manat sərmayə gətirir, sənaye parklarına isə 3,6 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Onlardan 2,6 milyard dolları artıq qoyulub”.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyul aylarında ölkənin iqtisadisosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7457,3 milyon manat vəsait yönəldilib. Bu dövrdə qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 19, qeyri-neft sənayesinə qoyulan investisiyalar 65,5 faiz artıb. Hesabat dövründə istifadə olunan vəsaitin 71,1 faizi məhsul istehsalı, 21,1 faizi xidmət sahələri obyektlərinin, 7,8 faizi ümumi sahəsi 1097,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Bu rəqəmlərdən aydın görünür ki, dövlət qeyri-neft sektoruna daha çox investisiya yönəldilməsinə maraqlıdır.

Ölkədə sahibkarlığın inkişafı onun investisiya qoyuluşundakı aktivliyini də təmin edir. Belə ki, hesabat dövründə ümumi investisiyanın 50,1 faizi dövlət, 49,9 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən yatırılıb. Yerli sahibkarların qeyri-neft sektoruna sərmayə yatırmağa maraq göstərməsi təsadüfi deyil. Ona görə ki, dövlət qeyri-neft sektoruna sərmayə qoyuluşu üçün müxtəlif güzəştlər tətbiq edib.

Əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 3937,9 milyon, bank kreditləri 1023,8 milyon, büdcə vəsaitləri 1857,2 milyon, büdcədənkənar fondların vəsaitləri 114,5 milyon, əhalinin şəxsi vəsaitləri 470, 9 milyon manats. vəsaitlər 53 milyon manat təşkil edib.

Azərbaycanda olan münbit investisiya mühiti həmişə xarici sərmayədarları özünə cəlb edib. Bunun nəticəsidir ki, dünyada gedən ciddi iqtisadi qarşıdurmalara baxmayaraq, ölkəmizə kapital qoyuluşu davam edir. Cari ilin yanvar-iyul aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3234,7 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 2578,9 milyon manatı Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İranÇexiya sərmayədarlarına məxsus olub.

2018-ci ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, Bakıda Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq "Yasamal-1” və "Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası istifadəyə verilmişdir. Bona Dea Beynəlxalq Hospitalı, "Dinamohoteli, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Sumqayıt Kimya Sənaye Parkında polipropilen zavodu, Mingəçevir Sənaye Parkında "Mingəçevir TekstilMMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Naftalan Şəhər Mərkəzi Xəstəxanası, Goranboyda "Region Aqropark”, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, 110/35/10 kilovoltluq "Dəliməmmədli” elektrik yarımstansiyası da bu il istismara daxil olmuşdur. İlin ötən dövründə Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu, Xaçmazda "Azərxalça” ASC-nin filialı, Neftçala Sənaye Məhəlləsində "Xəzər” avtomobil zavodu, Naxçıvan Muxtar Respublikasında bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi, 922 şagirdlik 3, Bakı və Şəki şəhərlərində, Abşeron, Balakən, Şamaxı rayonlarında 5816 şagirdlik 5 ümumtəhsil məktəb binası və obyektlər istifadəyə verilmişdir.

Bütün bunlar bir daha göstərir ki, ölkə iqtisadiyyatının inkişafına yönəldilən kapital qoyuluşu davamlıdır. Belə ki, bu hesaba hazırda yenə də işlər görülür, obyektlər tikilir.

 

Rüstəm KAMAL

Azərbaycan.-2018.- 18 sentyabr.- S.10.