Qardaşlığın 100 illik təntənəsi

 

Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş parad Azərbaycan Ordusunun güc-qüdrətini, Türkiyə ilə dostluğumuzun sarsılmazlığını bir daha dünyaya nümayiş etdirdi. Qardaşlıq rəmzinə çevrilən bu zəfər bayramı hər kəsdə iftixar hissi yaratdı. Türkiyə Silahlı Qüvvələrinin də iştirak etdiyi parad həm də Ermənistana bir mesaj idi.

Paradın xalqımız tərəfindən sevincqürur hissi ilə qarşılandığını deyən deputatlar, ekspertlər və digər nüfuzlu şəxslər bunun qürurverici bir hadisə, əsl zəfər bayramı olduğunu vurğuladılar.

 

Hərbi paradın tarixi, siyasi mənəvi əhəmiyyəti var

 

Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı Azərbaycanda keçirilən hərbi paradın çox böyük tarixi, siyasi mənəvi əhəmiyyəti olduğunu vurğulayan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev bildirdi ki, bu, iki ölkə arasında möhkəm dostluq qardaşlığı yenidən dünyaya çatdırmış oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda parlaq nitqi ilə Azərbaycanın güclüöz taleyini həll etmək iqtidarında olan bir dövlət olduğunu vurğuladı: "Prezidentin çıxışı təkcə Ermənistana deyil, onun havadarlarına da bir daha mesaj idi ki, Azərbaycan torpaqlarının işğal altında qalması ilə heç vaxt razılaşmayacaq və ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcək. Hər kəs bilməlidir ki, Azərbaycan qısa müddətdə öz torpaqlarını azad etməyə qadirdir”.

Parad zamanı Türkiyə Prezidentinin də çıxışına toxunan deputat bildirdi ki, qonşu ölkənin dövlət başçısı nitqində Dağlıq Qarabağ problemi ilə bağlı dünyaya mühüm mesaj ötürdü: "O bildirdi ki, münaqişənin ədalətli həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır və hər zaman Türkiyə Azərbaycanın yanındadır. Rəcəb Tayyib Ərdoğan çıxışında qəti şəkildə vurğuladı ki, nə vaxta qədər ermənilər işğalçılıq siyasətini davam etdirəcəklər, Türkiyə-Ermənistan arasında heç bir əlaqə ola bilməz, o cümlədən də sərhədlər açıla bilməz”.

Azərbaycan Prezidentinin övladının hərbi xidmətə yollanmasının böyük nümunə olduğunu qeyd edən Musa Quliyev bunun xalqımızda inam yaratdığıını da bildirdi: "Andiçmə mərasimində də göründü ki, Prezident

İlham Əliyev öz oğluna da digər əsgərlərə göstərdiyi eyni münasibəti göstərir. Hər bir Azərbaycan oğlu torpaqları azad etməyə qadirdirbunu edəcək. Dövlət başçısının övladı Azərbaycan torpaqlarının qorunması, azad edilməsində ən mübariz əsgərlərimizdən biri kimi hərbi xidmətə gedibbu mübarizliyini sübut edəcək”.

 

Hər kəs vətən, xalqı qarşısında hərbi xidmət borcunu ödəməlidir

 

Deputat həmkarı ilə həmrəy olan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rafiq Məmmədhəsənov hərbi paraddan çox qürurlandığını dedi: "Hər bir Azərbaycan vətəndaşı kimi mən də böyük iftixar hissi keçirdim. Paytaxtımızda belə bir zəfər yürüşünün keçirilməsi çox qürurverici bir haldır. Parad həm də Azərbaycan Ordusunun qüdrətinin nümayişi idi. Biz bununla fəxr etməliyik. Türkiyənin həmin gün də yanımızda olması qardaşlıq və dostluğumuzun təməlinin güclü bağlarla möhkəmləndiyini göstərdi. Ölkə rəhbərlərinin çıxışlarında da qeyd edildiyi kimi, Azərbaycanın inkişafı Türkiyənin inkişafıdır, Türkiyənin gücü Azərbaycanın gücüdür. Ermənilər bundan nəticə çıxarmalıdırlar”.

Rafiq Məmmədhəsənov Prezidentin övladının əsgərliyə getməsi məsələsinə də toxundu. Onun fikrincə, bu, hamı üçün örnək olmalıdır: "Əsgərliyə gedib vətən qarşısında layiqli şəkildə hərbi xidmət etmək hər bir Azərbaycan oğlunun borcudur. Eləcə də dövlət başçısının oğlunun hərbi xidmətə şərəflə yollanması xüsusi qiymətləndirilir. Vəzifəsindən asılı olmayaraq hər kəs vətəni, xalqı qarşısında borcunu ödəməlidir. Heydər Əliyev də Azərbaycan oğlu kimi, hərbi borcunu şərəf və ləyaqətlə ödəməyə dair and içdi”.

 

Parad qardaşlığın təntənəsinin 100 illiyinin zəfəri idi

 

Milli Məclisin deputatı Məlahət İbrahimqızının fikrincə, parad ölkə prezidentlərinin rəhbərliyi ilə Türkiyə və Azərbaycan qardaşlığının bu gün daha da möhkəmləndiyinin bariz nümunəsi idi.

Deputatın sözlərinə görə, hərbi parad Türkiyə-Azərbaycan qardaşlığını sevməyən qüvvələrə, eləcə də Azərbaycan torpaqlarını işğal altında saxlayan ermənilərə və onları dəstəkləyən havadarlarına bir mesaj idi: "Bu gün bir millət, iki dövlətin övladları olmaqdan fəxr edirik. Parad təkcə Bakının işğaldan qurtuluşunun deyil, həm də Azərbaycan-Türkiyə qardaşlığının təntənəsinin 100 illiyinə həsr olunmuşdu. Mən inanıram ki, bu qardaşlığımız gələcəkdə də davam edəcək. Aramızda olan əməkdaşlıq tellərini Allahdan başqa heç bir qüvvə sarsıda bilməz. Fərəhlidir ki, həm Azərbaycan, həm də Türkiyə getdikcə regionda güclü ölkələrə çevrilir. Azərbaycan bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və unikal layihələr əsasında Avropanın əsas enerji təchizatçılarından birinə çevrlib. Ermənistan isə regionda işğalçı, terrorçu, quldur imicinə sahib olan bir ölkədir”.

Deputat bildirdi ki. ulu öndərin adını fəxarətlə daşıyan Heydər Əliyevin andiçmə mərasimi də hər birimizdə qürur, şərəf hiss oyatdı. Eyni zamanda, kövrək hisslərə də səbəb oldu: "Hər bir ana övladını əsgərliyə yola salanda çox gözəl və şərəfli hislər keçirir. Oğul düşmən çəpəridir, deyirlər. Ana oğlu dünyaya gələndə artıq bilir ki, o, vətən qarşısında borcunu yerinə yetirməlidir.

Cənab Prezidentin oğlunun hərbi xidmətə getməsi Azərbaycanda kimliyindən asılı olmayaraq hər kəsin bu şərəfli borcu yerinə yetirməsinin vacibliyinin göstəricisidir. Düşünürəm ki, əsgərlik ən ucaqürurverici xidmətdir. Əsgər ölkəsinin suverenliyini, ərazi bütövlüyünü qoruyur. Bütün əsgərlərimizə cansağlığı və uğurlar arzulayıram”.

 

Fərizə ƏHMƏDOVA

 

Azərbaycan.- 2018.- 19 sentyabr.- S.7.