Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

 

Gecədə SSRİ Xalq artisti, görkəmli bəstəkar Arif Məlikova "Şöhrətordeni təqdim edilib

Sentyabrın 18-də Heydər Əliyev Fondunun Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, festivalın açılışı SSRİ Xalq artisti, görkəmli bəstəkar Arif Məlikovun 85 illiyinə həsr edilib.

Açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik etdi. Diqqətə çatdırıb ki, Üzeyir Hacıbəyli göstərdiyi xidmətlərlə öz adını Azərbaycanın musiqi tarixinə əbədi olaraq həkk edib. Böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Böyük bəstəkar Azərbaycan xalqının tarixində silinməz iz qoyub. Təsadüfi deyil ki, Üzeyir bəy həm bu il 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-mədəni həyatında yaxından iştirak etmiş böyük şəxsiyyətlərimizdəndir.

Nazir vurğuladı ki, bu gün Üzeyir bəy ənənələri davam edir. Azərbaycan musiqisi dünyanın hər bir yerində səslənir. Musiqimiz həmişə xalqımızla bərabər yaşayacaq, hüdudları aşaraq dünya miqyasında öz şöhrətini qazanmaqda davam edəcək. Bildiyiniz kimi musiqi günü artıq 10 ildir ki, təkcə musiqi bayramı olaraq deyil, həm daha geniş miqyasda beynəlxalq musiqi festivalı kimi musiqisevərlərin görüşünə gəlir. Azərbaycan musiqisi bu gün beynəlxalq aləmdə təbliğ edilir. Musiqi kollektivlərimiz beynəlxalq müsabiqələrdə çıxış edərək Azərbaycan xalqının musiqi yaradıcılığı qüdrətini nümayiş etdirir. Heydər Əliyev Fondunun təşkilatçılığı, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan musiqisinin tarixi ənənələri UNESCO tərəfindən qorunmaqdadır. Bu gün musiqi ictimaiyyətimizin nümayəndələri Fəxri xiyabanı ziyarət edərək Üzeyir Hacıbəyli, eyni zamanda, Müslüm Maqomayev digər görkəmli bəstəkarlarımızın xatirəsini yad etdi. Musiqi günü münasibətilə Azərbaycanın bütün bölgələrində tədbirlər həyata keçirilir. Bundan əlavə builki X beynəlxalq musiqi festivalı çərçivəsində paytaxtın bütün mədəniyyət müəssisələrində musiqi bayramı əhvalı hökm sürəcək, tanınmış musiqiçilərin əsərləri səslənəcək, görkəmli ifaçılar konsert proqramı ilə çıxış edəcəklər.

Bildirilib ki, festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliya Slovakiyadan tanınmış musiqiçi kollektivlərT.Dokşitser adına "New life brass” kvinteti, "Dədə Qorqudkamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov başqalarının iştirakı ilə 30-a yaxın tədbir keçiriləcək. Festivalın açılışında isə müxtəlif müəlliflərin əsərləri səslənəcək. Bu əsərlərin sırasında xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanın böyük bəstəkarı, Üzeyir bəy Qara Qarayev məktəbinin layiqli davamçısı Xalq artisti Arif Məlikovun da əsəri yer alır. Bu il bəstəkarın 85 illik yubileyidir. Bəstəkarın yubileyi silsilə tədbirlərlə qeyd edilməkdədir.

Nazir dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Arif Məlikovun "Şöhrətordeni ilə təltif edilməsi haqqında Sərəncamını oxuyaraq ali mükafatı yubilyara təqdim edib.

Festivalının ilk günü tamaşaçılara tanınmış kollektivlər - Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov) Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər Gülbacı İmanova) müşayiəti ilə solist Murad Adıgözəlzadənin ifasında geniş rəngarəng konsert proqramı təqdim olunub. İlk olaraq gecədə Üzeyir Hacıbəylinin "Koroğluoperasından uvertüra səslənib.

Festival sentyabrın 28-dək davam edəcək.

 

Azərbaycan. - 2018.-19 sentyabr.- S.10.