M.Y.Şvıdkoyun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə Mixail Yefimoviç Şvıdkoy "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 sentyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 20 sentyabr.- S.2.