Azərbaycanda İKT-nin inkişafı hökumətin gündəliyində prioritet sahələrdən biridir

 

Biz yüksək texnologiyalar dövründə yaşayırıq. Süni zəka, bulud tipli məlumat bazası, əşyaların interneti və cihazlararası uzlaşma (M2M) texnologiyaları qlobal tendensiyalardır. Bu texnologiyaların inkişafı və dördüncü sənaye inqilabı ölkələrə və hökumətlərə həyat keyfiyyətini artırmaq və insanların həyat səviyyəsini yaxşılaşdırmaqla ictimai xidmətlərdə keyfiyyəti və şəffaflığı təkmilləşdirmək üçün yeni iqtisadi imkanlar yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Çində keçirilən Davos Dünya İqtisadi Forumunun illik toplantısının "Avrasiyada inklüziv rəqəmsal inkişaf" adlı panel iclasında çıxışı zamanı söyləyib.

Nazir qeyd edib ki, bu sahədə sərmayələr hər bir ölkənin gələcəkdə davamlı inkişafında mühüm rol oynayır. Evlərin yüksək sürətli internetə çıxışı, Böyük Həcmli Verilənlər (Big Data) çağırışı üçün bulud tipli məlumat bazası, kiber təhlükələrə cavab verən yaxşı inkişaf etmiş həll yolları bu prosesdə başlıca maneə kimi nəzərdən keçirilə bilər.

Bildirilib ki, Azərbaycanda informasiyakommunikasiya texnologiyalarının (İKT) inkişafı hökumətin gündəliyində prioritet sahələrdən biridir. “Biz yüksək texnologiyaları davamlı iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi tanıyırıq və bu sektorun inkişafı üçün zəruri addımlar atırıq. Qlobal iqtisadiyyatda dəyişikliklər informasiyakommunikasiya texnologiyalarını ölkədə ən sürətlə inkişaf edən sektorlardan biri etdi. Belə ki, hazırda enerji və nəqliyyatdan sonra bu sahə ölkənin üçüncü vacib iqtisadi sektorudur”, - deyə nazir vurğulayıb.

Elmar Məmmədyarov bildirib ki, Azərbaycan Respublikasının informasiyatelekommunikasiya texnologiyalarının inkişafı üzrə Strateji Yol Xəritəsi 2016-cı ildə Prezidentin Sərəncamı ilə təsdiq edilib. Bu, İKT sektorunun inkişafının müxtəlif aspektlərini, habelə müvafiq tənzimləyici məsələləri əhatə edir. Siyasi çərçivələri və idarəetmə protokollarını hazırlayarkən biz elmi tərəqqi və innovativ inkişafa böyük diqqət ayırırıq. Ölkə əsas hədəflərdən bir neçəsi qismində rəqəmsal ticarət, transsərhəd məlumat axınları, blokçeynbölüşdürülmüş kitabça texnologiyasına diqqət ayırır.

Ölkə əhalisinin 79 faizi internet istifadəçisidir, onların 72 faizi genişzolaqlı internetdən istifadə edir. İlbəil evlərin internetə çıxışı artır indi bu rəqəm 77.2 faizdir. Rəqəmsal televiziya yayımına keçid tamamlanıb. Bununla yanaşı, “Azerspace-1” telekommunikasiya peyki, “Azerskyyer səthinin müşahidə peyki uğurla fəaliyyət göstərir müasir peyk xidmətlərini təmin edir.

Azərbaycanda bütün dövlət təşkilatlarından 30 milyon dəfə tətbiq edilmiş 450 növ xidmətdən çox olmaqla blokçeyn texnologiyasına əsaslanan eGov portalı təsis edilib. Hazırda gömrük bəyannamələrinin 100 faizi, vergi bəyannamələrinin 90 faizi, əmək müqavilələrinin 100 faizi qaimələrin 100 faizi onlayn qaydada yerinə yetirilir.

Qeyd edilib ki, milli malların onlayn kataloqunu yaratmaqla yanaşı, yeni xarici bazarlara çıxış üçün Rəqəmsal Ticarət Mərkəzi (RTM), dövlət özəl tərəfdaşlıq platforması yaradılıb. Bu platformanın əsas məqsədi bütün lazımi xidmətləri göstərməkdir, həmçinin öz məhsullarını ixrac etmək istəyən sahibkarları, o cümlədən xırda orta sahibkarları lisenziyalar, icazələr, sertifikatlar ödəniş imkanları ilə təmin etməkdir. Azərbaycanın Rəqəmsal Ticarət Mərkəzi yerli regional səviyyədə inkişaf edir. 2016-cı ildə əsası qoyulduqdan sonra fəaliyyətinin ilk ilində 74 ölkədən sifariş edilmiş 475 milyon ABŞ dolları dəyərində mallar istehsal olunub.

Azərbaycan dünyada Rəqəmsal Ticarət Mərkəzi vasitəsilə qeyri-rezidentlərə E-Rezidentura təklif edən ikinci, m-Rezidentira təklif edən birinci ölkədir.

Nazir deyib: “Biz Bakıda İnnovasiyalar Mərkəzi qurmaq niyyətindəyik. Bu mərkəz innovativ ideyaları olan gənc sahibkarlar startaplar üçün pulsuz olacaq. Onların, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant kredit almaq imkanı da var. Azərbaycan hökuməti sahibkarlara öz ideyalarını həyata keçirmək üçün dəstək verir.

WEF Global IT 2016-cı il hesabatına əsasən, Azərbaycan mobil şəbəkə əhatəsi üzrə birinci, hökumətin gələcək baxışlarında İKT- verilən əhəmiyyət İKT sektorunun təbliğində hökumətin uğuruna görə səkkizinci, vətəndaşlara dövlət xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən qabaqcıl texnologiya məhsullarının satın alınması İKT-lərin istifadəsi üzrə on ikinci yerdə qərarlaşıb. Qeyd edək ki, Dünya İqtisadi Forumunun "İnklüziv İnkişaf İndeksi 2018" hesabatında Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında üçüncü, MDB Avrasiya regionunda birinci yerdədir”.

Elmar Məmmədyarov diqqətə çatdırıb ki, coğrafi mövqeyi iqtisadi potensialı sayəsində Avrasiya regionu bu gün diqqət mərkəzindədir. Təbii ehtiyatlar karbohidrogen ehtiyatları ilə zəngin olan region həm yüksək elmi texnoloji potensiala insan resurslarına malikdir.

Eyni zamanda, regionda müasir yüksək texnoloji İKT infrastrukturlarının qurulması zəruridir bu məqsədlə, Azərbaycan hökuməti Frankfurt şəhərindən Honq-Konq şəhərinə istiqamətlənən transmilli fiber-optik xəttin çəkilməsini nəzərdə tutan "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi (TASİM) təşəbbüsü ilə çıxış edib. Bu genişzolaqlı marşrut, hər saniyənin vacib olduğu rəqabət dövründə Şərq Qərbi birləşdirən ən qısa xətt olmalıdır. BMT Baş Assambleyasının qətnaməsi ilə dəstəklənən layihə cəlb olunan ölkələrə təkmilləşdirilmiş regional qlobal uzlaşma, diversifikasiya marşrutları, rəqəmsal bölünmənin pozulması davamlı inkişaf məqsədlərinə (SDGs) töhfə verilməsi kimi məsələləri nəzərdə tutur. Biz əminik ki, TASİM layihəsinin reallaşdırılması Avrasiyanın dənizə çıxışı olmayan ölkələri üçün yeni iqtisadi imkanlar açacaq. İnanırıq ki, İKT sektorunun inkişafı sahəsində digər tədbirlərlə yanaşı, nəqliyyat dəhlizlərinin infrastruktur rəqəmsallaşdırılması da inklüziv artımın effektiv təminatçısı kimi xidmət edəcək.

Tarixə nəzər salsaq, bu region ticarət marşrutlarının mərkəzi hesab edilib daha geniş regionda iqtisadi inkişafda mühüm rol oynayıb. Hər kəsə Böyük İpək Yolunun tarixi əhəmiyyəti məlumdur təsadüfi deyildir ki, müstəqilliyini əldə etdikdən sonra Azərbaycan bu təşəbbüsü dəstəkləyib onun bərpasında aparıcı rol oynayıb. Ümumiyyətlə, Azərbaycan regionda Bakı-Tbilisi-Qars neft kəməri, Trans-Anadolu qaz kəməri (TANAP), Trans-Adriatik kəməri (TAP) Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi bəzi nümunələr göstərilməklə böyük infrastruktur layihələrinin təşəbbüskarı kimi tanınır.

Azərbaycan məsafə zaman baxımından Çin Avropa arasında ən qısa əlaqə hesab edilir. Müxtəlif hesablamalara əsasən, bu əlaqə nəqliyyat daşımalarının vaxtının 70 faizinə qənaət etməyə imkan verir. Hazırda Avropa Asiya arasında ticarət axını artdığından Azərbaycan Avrasiyanın kəşisməsində nəqliyyat logistika qovşağı kimi inkişaf edir”, - deyə nazir qeyd edib.

Bildirilib ki, Azərbaycan Avropa ilə Asiyanın birləşdirilməsində, xüsusilə tranzit logistik imkanlar, transxəzər nəqliyyat ticarət dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Ələt Beynəlxalq Ticarət Limanı vasitəsilə Çinin təşəbbüsü olanBir kəmər, bir yollayihəsinin reallaşdırılması baxımından əlverişli mövqe tutur. Çin Avropa İttifaqı ölkələrinin nəqliyyat şəbəkələrinin əlaqələndirilməsinə yönəlmiş bu layihələr Avrasiya çərçivəsində iqtisadi ticarət əlaqələrinin inklüziv davamlı inkişafına, eləcə regional inkişafı rifahı təşviq etməklə insanlar arasında təmasların fəallaşdırılmasına töhfə verəcək.

Bundan əlavə, Azərbaycan daha sürətli Cənub-Şimal nəqliyyat dəhlizinin yaradılmasında tərəfdaşları ilə əməkdaşlıq edir. Bu marşrut quru yolla İran, Pakistan Hindistandan Avropa ölkələrinə Azərbaycan vasitəsilə yük daşımalarının həyata keçirilməsini təmin edir.

Təhlükəsizlik sabitliyin qorunması Avrasiyada inklüziv rəqəmsal inkişafa nail olmaq üçün vacib bir şərtdir. Lakin hazırkı reallıqlar şəraitində, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin davam edən işğalı genişmiqyaslı regional əməkdaşlığın inkişafını eləcə nəinki Azərbaycanda, habelə bütövlükdə regionda davamlı inkişafın əldə olunmasında bizim imkanlarımızı məhdudlaşdırır. Bu xüsusda, vurğulamaq istərdim ki, bu işğalçı siyasət Ermənistanın özünü regiondakı iqtisadi artım ticarət imkanlarından məhrum edir. Beləliklə, biz hələ daha da geniş əhatəli hərtərəfli iqtisadi əməkdaşlığa keçmək üçün regionumuzun mövcud potensialdan tam şəkildə istifadə edə bilmirik.

Texnologiyaların sürətli inkişafı insanlara ölkələrə iqtisadi sosial sahələrdə yeni imkanlar yaradır. Bununla yanaşı, həmin proses kiber hücumlar yerlərinin itirilməsi kimi yeni çağırışlar təhdidlər gətirir. Bu çətinliklərlə üzləşərkən dövlətin üzərinə böyük məsuliyyət düşür. Beləliklə, vəziyyət düzgün qiymətləndirilməli vətəndaşların bu kimi təhdidlərdən qorunması üçün lazımi ölçülər götürülməlidir.

Nazir çıxışının sonunda Azərbaycanın İKT inklüziv davamlı inkişaf üçün yeni texnologiyaların artan əhəmiyyətini bununla da iqtisadi göstəricilərin yüksəldilməsini insanların həyat səviyyəsinin yaxşılaşdırılmasını nəzərə alaraq, Avrasiya regionu ilə bu sahədə əməkdaşlığı daha da möhkəmləndirməyə genişləndirməyə hazır olduğunu bildirib.

 

Azərbaycan.- 2018.- 20 sentyabr.- S.7.