Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib

 

Sentyabrın 20-də ADA Universitetində NATO-nun müdafiə sahəsində təhsilin təkmilləşdirilməsi üzrə proqramının əfqanıstanlı məzunlarına sertifikatlar təqdim edilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən NATO baş katibinin müavini xanım Rouz Gotemoller Əfqanıstanda hərbi təhsilin keyfiyyətinin yaxşılaşdırılması təhlükəsizliyin möhkəmləndirilməsi üçün 14 əfqan vətəndaşının iştirak etdiyi bu proqramın həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Rouz Gotemoller bu cür proqramların həyata keçirilməsi üçün platforma yaratdığına görə Azərbaycana minnətdarlığını bildirib. O deyib ki, “DEEP Afghanistan” proqramının başlanmasından bəri Azərbaycan orada fəal iştirak edirNATO-nun bu ölkədəki fəaliyyətinə böyük töhfə verir.

 

Azərbaycan. - 2018.- 21 sentyabr.- S.3.