Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir

 

Polşanın paytaxtı Varşavada Avropa Xəbər Agentlikləri Alyansının (EANA) “Avropada xəbər agentliklərinin gələcəyi: Xəbər agentlikləri jurnalistlərinin gələcəyə hazırlanması” mövzusunda konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirə Avropanın 30-dan çox xəbər agentliyinin, o cümlədən Böyük Britaniyanın Press Association, Rusiyanın TASS, Türkiyənin Anadolu, Almaniyanın DPA, Ukraynanın Ukrinform, Bolqarıstanın BTA, Albaniyanın ATA agentliklərinin rəhbərləri və nümayəndələri iştirak edirlər. Konfransda Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC da təmsil olunur.

Polşanın PAP agentliyinin prezidenti Voyciecz Surmaczİsveçin TT agentliyinin direktoru, EANA-nın prezidenti Yonas Erikson çıxış edərək ictimai informasiya sahəsində düzgün mexanizmlərin tətbiq edilməsinin əhəmiyyətindən danışıblar.

Daha sonra London İqtisadiyyat Məktəbi və Oksford Universitetinin Reuters İnstitutu ilə birgə həyata keçirdiyi sorğunun növbəti mərhələsi barədə məlumat iştirakçılara təqdim olunub. EANA-nın üzvü olan 20 agentliyin iştirak etdiyi sorğu Avropa xəbər agentliklərinin davamlı inkişafının təmin olunması, agentliklərin faydalı xəbərləri yerləşdirməklə onlara münasib gəlirləri əldə etməsi məsələsinə həsr olunub. Sorğuda, xəbərin istənilən sosial şəbəkələrdən asanlıqla əldə edilməsinin agentliklərin gəlirlərinə təsir göstərdiyi diqqətə çatdırılıb.

Avstriyanın APA agentliyinin sabiq baş icraçı direktoru Volqanq Vislozil “Beynəlxalq xəbər agentliklərinin xəbər sferasının dəyişməsi”, Finlandiyanın Jivaskila Universitetinin professoruKiçik bazarda xəbər təşkilatlarının çağırışlarla mübarizə aparması” mövzusunda təqdimatlarla çıxış ediblər. Onlar istifadəçilərə keyfiyyətli xəbər təklif etmək üçün innovasiyalardan istifadə etdiklərini bildiriblər.

Helsinki Universitetinin professoru Hannu Nieminen milli xəbər agentliyinin reklam üçün platforma yaratmasının ənənəvi medianın inkişafında böyük rol oynayacağını vurğulayıb. Layihə üçün Avropada geniş şaxəli sorğular keçirdiklərini deyən Hannu Nieminen çoxtərəfli platformaların media müştərilərinin tələblərinin ödənilməsinə cavab verəcəyini qeyd edib. O, biznes modelinin yaradılması ilə kiçik şirkətlərin müəyyən məbləğ ödəməklə məhsullarını reklam etməsinin mümkünlüyünü, bununla da qazancların artacağını diqqətə çatdırıb.

Konfrans Rumıniyanın Agerpres agentliyinin baş direktoru Aleksandr Giboi, DPA agentliyinin baş icraçı direktoru Piter Kropş, Xorvatiyanın HİNA agentliyinin baş icraçı direktoru Branka Voyvodiç, Finlandiyanın STT agentliyinin baş icraçı direktoru Mika Petersonun iştirakı ilə panel müzakirələrlə davam edib.

Yonas Erikson EANA Xəbər Agentliyinin Keyfiyyəti Mükəmməllik Mükafatını STT agentliyinin media xidmətləri üzrə meneceri Pihla Lehmusjokiyə təqdim edib.

 

Azərbaycan.- 2018.- 21 sentyabr.- S.13.