MisirinƏl-Əhramqəzetində Azərbaycan Xalq Cümhuriyyəti haqqında məqalə dərc olunub

 

 

Misir Ərəb Respublikasının geniş oxucu kütləsinə malik "Əl-Əhramqəzetində Hala Əhməd Zəkinin "Bakı - 100 il bundan öncə həyata keçirilmiş arzunun hekayəsiadlı məqaləsi dərc edilib.

Müəllif Azərbaycanın coğrafi mövqeyi, təbii sərvətləri strateji əhəmiyyəti, həmçinin ölkəmizin geostrateji, geoiqtisadi geosiyasi önəmi barədə məlumat verir, Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika (1918-1920) olduğunu, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisənin baş verdiyini, Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu diqqətə çatdırır.

Daha sonra müəllif müstəqillik dövründə parlamentin, milli ordunun, ilk polis bölməsinin, Bakı Dövlət Universitetinin təsis olunması, müstəqil mətbuatın formalaşması, AXC-nin xarici siyasəti, Paris Sülh Konfransı, dünya birliyi tərəfindən Azərbaycanın de-fakto tanınması həmin dövr üçün vacib hesab edilən digər məsələlər barədə söz açır.

Məqalədə Azərbaycanın 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməsi, 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi ilə Azərbaycanın hərbi gücünün artırılması, xarici siyasətin uğurları, atəşkəsin elan olunması, "Əsrin müqaviləsi”nın imzalanması, ölkə iqtisadiyyatının dirçəlməsi sair məsələlərə toxunulur.

Məqaləsinin sonunda müəllif sentyabrın 9-da Misir Ərəb Respublikasının "Hivar” (Dialoq) Siyasi Araşdırmalar Media Mərkəzində Emil Rəhimovun müəllifi olduğu "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyiadlı kitabın təqdimatından bəhs edir, buradakı çıxışlardan sitatlar gətirilir.

 

Azərbaycan. - 2018.- 21 sentyabr.- S.13.