Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma

 

Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 24-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanı hava limanında Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Azərbaycan.- 2018.- 25 sentyabr.- S.2.