Monqolustan Prezidenti AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə tanış olub

 

Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Monqolustan Prezidentinə AMEA-nın Yüksək Texnologiyalar Parkının fəaliyyəti barədə ətraflı məlumat verildi. Bildirildi ki, Yüksək Texnologiyalar Parkı elmistehsalat adamlarının bir araya gəldiyi məkana çevrilməkdədir. Yüksək Texnologiyalar Parkı Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə yaradılıb. AMEA-nın təcrübə-sənaye zavodunun ərazisində yaradılan bu parkda müxtəlif mühərrik, kompressorhidravlik yağlar, plastik sürtkü materialları kimi məhsullar istehsal olunur. Qeyd edildi ki, YTP-nin əsas fəaliyyət istiqaməti elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, eyni zamanda, neft-kimyatexniki təyinatlı məhsulların istehsalından ibarətdir.

Diqqətə çatdırıldı ki, parkda hazırda 60 adda məhsul istehsal olunurbu məhsullar xaricdən idxal edilən məhsullardan keyfiyyətcə qat-qat üstündür. Eləcə də “Zavod elmi-tədqiqat sınaq laboratoriyası”nda Yüksək Texnologiyalar Parkında istehsal edilən məhsulun, xammalın və yarımfabrikatların keyfiyyətinə nəzarət olunur.

Monqolustan Prezidenti AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə tanışlıqdan məmnun qaldığını bildirib.

 

Azərbaycan.- 2018.- 26 sentyabr.- S.6.