Azərbaycan Respublikasının “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair Çərçivə Sazişinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının "AzərkosmosAçıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair 2018-ci il iyulun 20-də Paris şəhərində imzalanmış Çərçivə Sazişi təsdiq edilsin.

2. Bu fərmanın 1-ci hissəsində göstərilən Çərçivə Sazişi qüvvəyə mindikdən sonra "AzərkosmosAçıq Səhmdar Cəmiyyəti onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Çərçivə Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 sentyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 27 sentyabr.- S.2.