Azərbaycan ilə San-Tome Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələr qurulub

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda San-Tome Prinsipi Demokratik Respublikasının xarici işlər icmalar naziri Urbino Botelho ilə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində keçirilən görüş zamanı tərəflər "Azərbaycan Respublikası San Tome Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılmasına dair birgə kommunike" sənədi imzalayıblar.

 

Azərbaycan.- 2018.-  27 sentyabr.- S.4.