Türkmənistanın Prezidenti Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova

 

Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Türkmənistan münasibətləri ortaq dəyər və ənənələrə malik xalqlarımızın iradəsindən qaynaqlanır. Əminəm ki, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi üçün daim möhkəm zəmin olacaqdır.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim sülhrifah diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 sentyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 27 sentyabr.- S.2.