Azərbaycan kosmosu bir daha fəth etdi

 

"Azerspace 2” peykinin orbitə çıxarılması dövlətimizin gücündən bu sahədə atılan addımların uğurlu nəticəsindən xəbər verir

 

Müasir tələblər baxımından informasiya kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi hər bir dövlətin hərbi-siyasi sosial-iqtisadi potensialının göstəricilərindəndir.

Təqdirəlayiq haldır ki, ölkəmizdə İKT infrastrukturunun yaradılmasına gücləndirilməsinə, informasiya-kommunikasiya xidmətlərinin tətbiqinin genişləndirilməsinə böyük diqqət yetirilir. Müasir dövrün çağırışlarına adekvat olaraq Azərbaycanda İKT-dən istifadə sahəsində mühüm addımlar atılıb, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb.

Azərbaycanda İKT-nin sürətlə inkişaf etdiyini təsdiq edən məqamlardan biri kosmik sənayenin yüksəlişidir. Qeyd edək ki, kosmik sənayenin yaradılması telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə çıxarılması, ilk növbədə, informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər öz xüsusi strateji əhəmiyyəti ilə seçilir.

2013-cü ildən etibarən Azərbaycan orbitə 3 peyk çıxarıb. Bunlardan birincisi "Azerspace 1” telekommunikasiya, ikincisi "Azerskymüşahidə peykidir. Sentyabrın 26-da isə Azərbaycanın üçüncü peyki olan "Azerspace 2” telekommunikasiya peyki Fransız Qvianasında yerləşən kosmodromdan - Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxıldı. Peyk Fransanın "Arianespace” şirkətinə məxsus "Ariane 5” daşıyıcı raketi ilə orbitə buraxılıb startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrılıb.

Bu münasibətlə xalqımızı təbrik edən Prezident İlham Əliyev "Azerspace 2” telekommunikasiya peykinin orbitə çıxarılmasını növbəti tarixi qələbə adlandırıb: "Bu gün ölkəmizin həyatında növbəti əlamətdar bir gündür. Azərbaycan qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilibdir. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. "Azerspace 2” telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək”.

Bəli, dövlət başçısının qeyd etdiyi kimi, "Azerspace 2” peykinin orbitə çıxarılması Azərbaycanın qələbəsi uğurudur. Bu hadisə həm Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə böyük töhfədir. Ümumiyyətlə isə bu, Azərbaycanın hərtərəfli inkişafının göstəricisidir. Ölkəmizin müasirləşməsinin, modernləşməsinin, ən müasir texnologiyalara sahib olmaq niyyətlərinin bariz nümunəsidir. Ən əsası, bu növbəti kosmik uğur Prezident İlham Əliyevin müasir, güclü ən yeni texnologiyalara sahib olan Azərbaycan konsepsiyasının uğurla reallaşmasının göstəricisidir.

Xatırladaq ki, dünyanın 1/3-ni əhatə edən "Azerspace 1” peyki bu gün Azərbaycan üzərində ən güclü siqnala malik peyklərdəndir. Bu peyk telekommunikasiya sahəsində digər ölkələrdən asılılığın aradan qaldırılması, yerüstü infrastrukturdan asılı olmadan informasiya təhlükəsizliyinin təmin edilməsi kimi üstünlükləri təmin edir.

Belə ki, Azərbaycan televiziya kanallarının fasiləsiz peyk yayımı Azərbaycan həqiqətlərinin ölkəyə dünya ictimaiyyətinə maneəsiz çatdırılmasını təmin etməklə ötən əsrin sonlarında ölkəmizin üzləşdiyi informasiya blokadasının yenidən ortaya çıxma riskini aradan qaldırmış olur. Bu günədək peykin tutumlarının istismarından 80 milyon ABŞ dolları həcmində gəlir əldə edilib. Peykin qalan ömrü ərzində ölkə iqtisadiyyatına daha 220 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.

Başlıca tətbiq sahəsi Azərbaycanın müdafiə təhlükəsizliyinə xidmət etmək olan "Azerskypeykinin kommersiya potensialı var. Bu peyk sayəsində ölkəmizin nəinki daha əvvəl çıxışı olmadığı ərazilərin, həmçinin dünyanın istənilən nöqtəsinin yüksək ayırd etməli peyk təsvirlərinə birbaşa, qeyd-şərtsiz, gündəlik çıxış imkanı var. "Azerskypeykinin xidmətlərindən ölkəmizdə kənd təsərrüfatı, xəritəçəkmə, infrastrukturun planlaşdırılması monitorinqi, kadastr məlumatlarının yenilənməsi, ekologiya, dənizdə quruda neft çirklənmələrinin tədqiqi, müdafiə, təhlükəsizlik digər sahələrdə istifadə edilir. Peykin xidmətlərindən Azərbaycanla yanaşı, Fransa, Moldova, Latviya, Estoniya, Tacikistan, Özbəkistan s. ölkələrdə aktiv istifadə olunur. Dəyəri 157 milyon avro olan "Azerskypeykindən bu günədək 24 milyon ABŞ dolları həcmində gəlir əldə edilib.

Ölkəmizin üçüncü peyki "Azerspace 2” isə regionda dövlət özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası keyfiyyətli xidmət təklif edəcək. Yeni peykin istismarı üçün Bakıda Naxçıvan MR- yerüstü infrastruktur yenilənib. Orbitdəki sınaq prosesləri yekun orbital mövqeyə yerləşdirilməsi uğurla başa çatdırıldıqdan sonra peykin idarəçiliyi istehsalçı şirkət tərəfindən "Azərkosmos” ASC- təhvil veriləcək ki, bundan sonra peyk kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətdə olacaq. Peyk Avropa, Mərkəzi Cənub-Qərbi Asiya, Yaxın Şərq Tropik Afrika ölkələrini əhatə edəcək.

Ümumilikdə, dəyəri 190 milyon ABŞ dolları olan "Azerspace 2” peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.

Ötən illər ərzində peyk xidmətləri sahəsində Azərbaycanda qazanılan təcrübə bu sahədə formalaşmış insan kapitalı imkan verir ki, ölkəmiz kosmik sənaye quruculuğu yolunda daha böyük nailiyyətlərə imza atsın. Bu mənada qısa müddətdə növbəti peykin orbitə çıxarılması dövlətimizin gücündən bu sahədə atılan addımların uğurlu nəticəsindən xəbər verir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.- 30 sentyabr.- S.1-2.