Nəsimi Festivalı çərçivəsində tədbirlər haqqında mobil əlavə vasitəsilə məlumat almaq olar

 

Sentyabrın 27-dən 30-dək Azərbaycanda Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçirilir.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində keçirilən tədbirlər haqqında məlumatları Nəsimi Festivalının mobil əlavəsi vasitəsilə öyrənmək olar.

Qeyd edək ki, "İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisində "Şövq məqamları" layihəsi həyata keçirilir. Buradakı 30-dan çox məntəqədə Nəsimi poeziyası ilə bağlı guşələr yaradılıb.

Festival günlərində Köhnə şəhərin müxtəlif məkanlarında Nəsimi poeziyasının müxtəlif formalarda nümunələri ilə tanış olmaq olar. Bu məqsədlə müasir texnologiyanın imkanlarından istifadə olunub. İçərişəhərdə rəssamların əsərləri, instalyasiyalar, videolayihələr sərgilənir, şeirlər və musiqi nümunələri səslənir, teatr tamaşaları göstərilir.

İçərişəhərdə Nəsimi Festivalı ilə bağlı yaradılmış guşələr haqqında məlumatı yeni mobil əlavədə yerləşdirilmiş interaktiv xəritənin köməyi ilə tapmaq olar.

Mobil əlavəni "Android” və "İOS” əməliyyat sistemlərində yükləmək mümkündür.

Bu əlavə üçün linklər:

https://play.google.com/store/apps/details?id=az.mhm.nasimifestival

https://itunes.apple.com/us/app/nasimi-festival/id1435572486?mt=8

 

Azərbaycan.- 2018.- 30 sentyabr.- S.4.