Bakıda Xüsusi
Olimpiya Hərəkatı
Gənc Liderlərin
20-ci Qlobal Forumu işə başlayıb
Sentyabrın 24-də Bakıda 45 ölkəni təmsil edən 220-dən
çox qonağın
qatıldığı Xüsusi
Olimpiya Hərəkatı
Gənc Liderlərin
20-ci Qlobal Forumunun açılış mərasimi
keçirilib.
AZƏRTAC xəbər
verir ki, mərasimdə gənclər
və idman naziri Azad Rəhimov, Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının
sədri Timoti Şriver və digər rəsmi şəxslər iştirak
ediblər.
Əvvəlcə Xüsusi Olimpiya Hərəkatına həsr
olunmuş videoçarx
nümayiş olunub.
Gənclər və idman naziri A.Rəhimov
çıxış edərək
bildirib ki, Azərbaycan dünyada idman ölkəsi və öz gənclərinə böyük
dəyər verən ölkə kimi tanınmaqdan qürur duyur: “Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə və
ənənələrə malik olan ölkədir.
2018-ci il Xüsusi Olimpiya Hərəkatı Qlobal Gənc Liderlər Forumuna ev sahibliyi
etməklə biz hər
bir gəncimizə - əqli məhdudiyyətləri
olan və olmayanlara verdiyimiz dəyəri nümayiş
etdiririk. Bu Forum cəmiyyətdən
təcrid olunduğunu
hiss edən hər kəs üçün daha inklüziv dünyaya yeni körpü, ümid mayakı olacaq. Azərbaycan
25 ildir ki, Xüsusi Olimpiya Hərəkatının üzvüdür.
Ölkəmizdə bu hərəkatın
inkişafı üçün
hər cür şərait yaradılıb.
Təsadüfi deyil ki, biz Xüsusi Olimpiya Oyunlarında medallar qazanmışıq. Mən Azərbaycanda
Xüsusi Olimpiya hərəkatına dəstək
verən bütün qurumlara və Bakıya gələn qonaqlara təşəkkürümü
bildirirəm".
Beynəlxalq Xüsusi
Olimpiya Hərəkatının
sədri T.Şriver isə deyib ki, burada iştirak
edən gənc liderlər dünyada yaşayan 200 milyon əqli məhdudiyyəti olan insanı, ümumilikdə, hamı üçün inklüzivlik
məqsədinə nail olmaq
əzmində olan yeni nəsil liderləri təmsil edirlər.
Sonra Xüsusi Olimpiya Hərəkatının bayrağı
səhnəyə gətirilib
və hərəkatın
məşəli nazir
A.Rəhimova təqdim
olunub.
Tədbirdə çıxış edənlər
bildiriblər ki, əqli məhdudiyyəti olan və olmayan
120 gənc lider sentyabrın 24-dən 28-dək Bakıda
keçirilən inklüzivliyi
təşviq edən forumda iştirak edəcək. Xüsusi Olimpiya Gənc
Liderlərinin 20-ci Forumu
Xüsusi Olimpiya hərəkatının 50-ci ildönümünə
həsr olunmuş əsas tədbirlərdən
biridir.
Qeyd edək ki, forum zamanı dünyanın müxtəlif yerlərindən
gəlmiş gənc liderlər əlavə olaraq daha yaşlı
100 liderlərin iştirakı
ilə öz ölkələrində inklüziv
cəmiyyətlər formalaşdırmaq
məqsədilə qrup
layihələrini hazırlayacaqlar. Gənc liderlər
Bakı forumu başa çatdıqdan sonra öz ölkələrində
həyata keçirəcəkləri
layihələri tərtib
edəcəklər. Bu
layihələr Beynəlxalq
Xüsusi Olimpiya fondunun qrantları ilə dəstəklənəcək.
Beş günlük Forum Azərbaycan
Respublikasının Gənclər
və İdman Nazirliyi, habelə Lions
Clubs International, Stavros Niarchos Foundation və digər təşkilatlar tərəfindən
dəstəklənir.
Xüsusi Olimpiya hərəkatının növbəti
50 il ərzində əsas məqsədlərindən
biri dünya miqyasında Vahid Məktəblər adlanan məktəb proqramları
vasitəsilə gənclərin
cəlb olunmasını
təşviq etmək
və əqli məhdudiyyətləri olan
və olmayan gəncləri inklüziv idman və liderlik
vasitəsilə bir araya gətirən Vahid Nəsil proqramının hazırlanmasıdır.
Forum müddətində
gənc liderlər öz ölkələrində,
şəhərlərində, məktəblərində və
icmalarında sosial inklüzivliyə nail olma sahəsində anlayışlarını
inkişaf etdirəcək
və genişləndirəcəklər. Onlar liderlik
və sosial dəyişiklik sahəsində
dünya miqyasında tanınmış ekspertlərdən
yeni strategiyaları və fəaliyyətləri
öyrənəcəklər. Bu isə Xüsusi
Olimpiya Hərəkatı
Vahid İdman Platformasından istifadə
etməklə daha inklüziv dünyanı təşviq etməyə
kömək edəcək.
Vətənlərinə qayıtdıqdan sonra gənc nümayəndə
heyətləri müxtəlif
inklüzivlik layihələrini
təklif edəcəklər. Bu layihələr Xüsusi Olimpiya Hərəkatı Gənclər üçün
İnnovasiya Qrantları
təşəbbüsü vasitəsilə dəstəklənəcək.
Nəticədə 8500-dən çox gənc bütün dünyada 250 yeni Vahid Məktəb və idman klubunda
inklüziv idman və liderlik fəaliyyətinə cəlb
olunacaq.
Azərbaycan.- 2018.- 25 sentyabr.- S.5.