Azərbaycan Dövlət Neft Fondu ilə “Carlyle Group” arasında əməkdaşlıq yüksək səviyyədədir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 24-də Davosda ABŞ-ın “Carlyle Group” şirkətinin həmtəsisçisi və icraçı direktoru Devid Rubinşteyn ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan Dövlət Neft Fondu ilə “Carlyle Group” arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirildi, əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulandı.

 

Azərbaycan.- 2018.- 25 yanvar.- S.1.