İstanbulda keçirilən beynəlxalq sərgidə ölkəmizin turizm imkanları böyük maraqla qarşılanır

 

Bu günlərdə Türkiyənin İstanbul şəhərində Aralıq dənizi regionunun ən böyük turizm tədbiri olan “EMITT 2018” (The East Mediterranean International Travel and Tourism) sərgisində Azərbaycanın nümayəndə heyəti də iştirak edib.

1997-ci ildən etibarən hər il keçirilən İstanbul sərgisi dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur. Bu beynəlxalq sərgidə respublikamızın turizm imkanları 70 kvadratmetr sahədə qurulan milli stenddə nümayiş olunur. Stend sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin edilib.

Xatırladaq ki, 2003-cü ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi, eləcə də ölkəmizdə fəaliyyətdə olan yerli turizm şirkətləri “EMITT” beynəlxalq sərgisində  iştirak edirlər. Heyətdə nazirliklə yanaşı, “Zenit Tour Travel”, “Silk Way Travel”, “Rahat Travel”, “Via Caucasus Tour and MICE”, “In Travel Azerbaijan”, “Flame Tour & Travel DMC”, “The Tour”, “Green Apple MICE and Leisure Travel”, “Feniks Travel and Tourism”, “Turizm.az”, “Azera Turizm”, “Millennium Tourism”, “Azerbaijan Travel Agency”, “Meridian Travel”, “Granit AS Travel”, “Improtex Travel”, “Sulh Travel”, “Net Travel” şirkətləri Azərbaycan Hava Yollarının (AZAL) təmsilçiləri yer alıb.

Ziyarətçilərin böyük maragına səbəb olan Azərbaycan turizminin imkanları üstünlükləri həm ölkəmizə əlavə turist axınının güclənməsinə şərait yaradır.

 

Azərbaycan.- 2018.- 30 yanvar.- S.7.