Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

"Xüsusi mühafizə olunan təbiət əraziləri obyektləri haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 7, maddə 479; 2003, ¹ 1, maddə 8; 2004, ¹ 2, maddə 57; 2006, ¹ 8, maddə 657; 2007, ¹ 8, maddə 745; 2008, ¹ 6, maddə 460; 2009, ¹ 2, maddə 43, ¹ 10, maddə 769; 2014, ¹ 5, maddə 462; 2015, ¹ 4, maddə 361; 2017, ¹ 12 (I kitab), maddə 2203) aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci maddə üzrə:

1.1. birinci hissənin onuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin:

"geoloji parklar.”;

1.2. üçüncü hissədə " 9-cu” sözləri ", 9-cu 11-ci” sözləri ilə əvəz edilsin;

1.3. dördüncü hissədə " 6-cı” sözləri ", 6-cı 11-ci” sözləri ilə əvəz edilsin.

2. 6-cı maddənin ikinci hissəsinə "Dövlət təbiət qoruqlarınınsözlərindən sonra ", geoloji parkların sözləri”, əlavə edilsin.

3. 7-ci maddənin birinci hissəsinə "Dövlət təbiət qoruqlarının yasaqlıqlarının,” sözlərindən sonra "geoloji parkların,” sözləri əlavə edilsin.

4. Aşağıdakı məzmunda XI-I fəsil əlavə edilsin:

 

"XI-I fəsil

GEOLOJİ PARKLAR

 

Maddə 40-1. Geoloji parklar onların təşkili

Geoloji parklar - xüsusi geoloji, coğrafi, tarixi, estetik digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə elmi müəssisə ya təşkilat statusuna malik olan ərazilərdir.

Geoloji parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir bu ərazilərdə olan torpaq, su, bitki heyvanlar aləmi onların daimi istifadəsinə verilir.

Geoloji parklar müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir.

Hər bir geoloji park müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

Maddə 40-2. Geoloji parkların əsas vəzifələri

Geoloji parkların əsas vəzifələri aşağıdakılardır:

geoloji coğrafi təbiət obyektlərini, nadir etalon təbiət ərazilərini, geoloji irsi qoruyub saxlamaq;

turizm rekreasiya üçün şərait yaratmaq;

elmi tədqiqatlar, mədəni-maarif tədris tədbirləri keçirmək;

təbiəti mühafizənin ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq tətbiq etmək;

əhalini maarifləndirmək;

geoloji monitorinqi həyata keçirmək.

Maddə 40-3. Geoloji parkların zonalaşdırılması mühafizə rejiminin xüsusiyyətləri

Geoloji parkların ərazilərində onların təbii geoloji coğrafi xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur aşağıdakı fəaliyyət zonaları üzrə bölgüsü müəyyən edilir:

xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;

geoturizm rekreasiya zonaları;

geomuzeylər tədris-məşğələ obyektləri zonaları;

geoparkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2019-cu il

 

Azərbaycan.- 2019.- 3 aprel.- S.3.