Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1528-VQD nömrəli Qanununun tətbiqi və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 366 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Xüsusi mühafizə olunan təbiət əraziləri obyektləri haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1528-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının "Xüsusi mühafizə olunan təbiət əraziləri obyektləri haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. geoloji parklar haqqında ümumi əsasnamə layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların "Xüsusi mühafizə olunan təbiət əraziləri obyektləri haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. "Xüsusi mühafizə olunan təbiət əraziləri obyektləri haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 366 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 7, maddə 506; 2003, ¹ 10, maddə 546) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci abzasa "hissələrindəsözündən sonra ", 40-1-ci maddəsinin üçüncü dördüncü hissələrindəsözləri əlavə edilsin;

3.2. üçüncüdördüncü abzaslara "biosfer qoruqlarına” sözlərindən sonra ", geolojisözü əlavə edilsin;

3.3. beşinci abzasda "biosfer qoruqları” sözləri "biosfer qoruqlarına, geoloji” sözləri ilə əvəz edilsin;

3.4. altıncı abzasda "və 21-ci maddəsinin dördüncü hissəsində” sözləri ", 21-ci maddəsinin dördüncü hissəsində və 40-1-ci maddəsinin üçüncü hissəsində” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 aprel 2019-cu il

 

Azərbaycan.- 2019.-3 aprel.- S.3.