“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1523-VQD nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1523-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. "Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 7, maddə 822; 2016, ¹ 8, maddə 1384, ¹ 11, maddə 1821, ¹ 12, maddə 2062; 2017, ¹ 3, maddə 354, ¹ 7, maddə 1378, ¹ 12 (I kitab), maddə 2295) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə "Qanununun” sözündən sonra "4.7-ci maddəsinin dördüncü cümləsindəsözləri əlavə edilsin, həmin bənddə "26.1-ci maddəsinin ikinci cümləsində, 26.2-ci maddəsinin birinci dördüncü cümlələrində” sözləri "26.1-1-ci maddəsinin ikinci cümləsində, 26.2-ci maddəsinin birinci cümləsində” sözləri ilə, "26.3-cü 34.2-ci maddələrində ikinci halda” sözləri "26.3-cü maddəsində üçüncü halda, 34.2-ci maddəsində ikinci halda” sözləri ilə əvəz edilsin;

3.2. 2.2-ci bənddə " reklama dair texniki şərtlər pasportunun formasına, həmçinin icazə müqaviləsinin formasına bağlanma qaydasına” sözləri "formasına” sözü ilə əvəz edilsin;

3.3. 2.3-cü bənddə "nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsi həyata keçirir” sözləri "qurum” dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;

3.4. 2.4-cü bənddə "26.1-ci maddəsinin ikinci cümləsində, 26.2-ci maddəsinin birinci dördüncü cümlələrində” sözləri "26.2-ci maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;

3.5. 2.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.8. həmin qanunun 26.3-cü maddəsində birinci ikinci hallarda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini tabeliyindəki tarix mədəniyyət abidələrinin ərazilərinə (onların mühafizə zonalarına) münasibətdə, müvafiq olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi həyata keçirirlər, həmin maddədə "qurum” dedikdə isə "İçərişəhər” Dövlət Tarix-Memarlıq "Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının mühafizə zonasına münasibətdə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 mart 2019-cu il

 

Azərbaycan.- 2019.-3 aprel.- S.4.