İlham Əliyev səxavəti

 

İnsan həyatda öz zəhməti ilə çox şeyə nail ola bilir:

* Yüksək təhsil alır;

* Hər hansı bir sahənin tanınan, sayılıb-seçilən mütəxəssisinə, bilicisinə çevrilir;

*Vəzifə pilləsi ilə yüksəlir, elmi nailiyyətlərə imza atır;

* Xalqın etimad və etibarını qazanır!

Bütün bunlar möhkəm iradə, böyük zəhmətsevərlik, yorulmadan məqsədə doğru irəliləmək qətiyyəti, bəzən isə xüsusi istedad, xarizma tələb edir!

Amma elə mənəvi dəyərlər və keyfiyyətlər də var ki, o insana Tanrı tərəfindən verilir.

Yüksək intellekt, fəhm, qəlb genişliyi, yaradıb-qurmaq məharəti və təşkilatçılıq bacarığı, insanlara daim arxa durmaq istəyi, günahı olanları bağışlamaq, təqsirindən keçmək böyüklüyü, səxavət duyğusu və digərləri yəqin ki, insan doğularkən onun təbiətində, xarakterində olur!

Tariximizə qısa nəzər salanda, belə vergili şəxsiyyətlərin az da olsa mövcudluğunun, xalqı, həmvətənləri üçün əvəzsiz xidmətlər göstərdiklərinin şahidi oluruq.

 

***

 

Səxavət insana xas olan nadir və yüksək mənəvi keyfiyyətlərdən biridir!

Doğrudan da insanlara dayaq durmaq, çətin anlarında əl uzatmaq istəyi hər adamda olmur!

Səxavət sahibi olmaq üçün, ən əvvəl, dara düşənlərin vəziyyətini anlayıb onlara acımalısan!

Canında və qanında bir humanistlik, alicənablıq duyğusu yaşamalıdır!

Həm də kömək etmək vəzifə borcu olmadığı bir zamanda bu addımı atmalısan!

Ümidlə sənə üz tutanlardan köməyini əsirgəməmək, ətəyindən yapışanların əlindən tutub onları dardan qurtarmaq böyük qəlb və səxavət sahiblərinə xas olan nadir keyfiyyətlərdəndir!

Biz dövlət rəhbərləri içərisində bu keyfiyyətləri ilk dəfə ulu öndər Heydər Əliyevdə görmüşük!

Nə qədər insanın qolundan tutdu, oxutdurdu, vəzifə pillələri ilə irəli çəkdi, çarəsiz vəziyyətə düşənləri müalicə etdirdi, mənzil verdi, təqaüd ayırdı!

Neftxudalar içində isə səxavətli əməllərlə yalnız Hacı Zeynalabdin Tağıyevin timsalında rastlaşmışdıq.

Neçə azərbaycanlı gəncin oxuması üçün vəsait ayırıb, öz hesabına qız məktəbi açıb, kütləvi şəkildə xeyriyyəçilik edib, millət yolunda ürəklə pul xərcləyib!

Bu gün isə hamımız İlham Əliyev səxavəti barədə fəxrlə, ağızdolusu danışırıq.

Bəli, İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən Azərbaycanın iqtisadi qüdrətinin və siyasi nüfuzunun yüksəldilməsi, müstəqil dövlətimizin yeni imicdə dünyaya təqdimi, paytaxt Bakı ilə yanaşı, regionların da yenidən tikilib qurulması, abadlaşdırılması, xalqın sosial rifahının yüksəldilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial və dəyişməz mövqe tutması, xalqımızın milli maraqlarını bütün sahələrdə dönmədən və qətiyyətlə müdafiə etməsi ilə yanaşı, böyük qəlb və səxavət sahibi olduğunu da bir nümunə kimi ortaya qoymuşdur!

Prezident İlham Əliyevin təkcə son günlər xalqımızın sosial rifahının yaxşılaşdırılması sahəsində gördüyü işləri qısa şəkildə nəzərdən keçirək:

* 600 min işçinin əməkhaqqı artırıldı;

* 223 min insanın sosial təminatı yaxşılaşdırıldı;

* Minimum əməkhaqqı 38 faiz yüksəldi;

* 100 minə yaxın tələbənin təqaüdü artırıldı;

* Minimum pensiyalar 37 faiz yüksəldi;

* Şəhid ailəsinə verilən təqaüd 25 faiz artdı;

* Əfqanıstan şəhidlərinin ailəsinə verilən mavinət 300 manat oldu;

* 1 milyondan çox insanın problemli kredit məsələsi həll edildi;

Ən nəhayət, onu da xatırladaq ki, çoxmənzilli binalardakı mənzil mülkiyyətçiliyi ilə bağlı problemin həlli 400 minə yaxın insanı əhatə edəcək;

Bütövlükdə 3 milyon insan dövlətin sosial təşəbbüslərinin icrasından faydalanacaq;

Bir məqamı da unutmayaq: son 15 ildə əməkhaqları 7, minimum əməkhaqqı isə 6,5 dəfə artırılıb!

Bütün bunların üzərinə jurnalistlərə, qaçqın məcburi köçkünlərə, müharibə veteranları əlillərə, şəhid ailələri hərbçilərə, idmançı zəlzələdə, daşqınlarda ziyan çəkənlərə verdiyi saysız-hesabsız təmirli mənzilləri, avtomobilləri gələndə görün hara vurur!

Dövlət başçısı daha bir addımı "Diqlasticarət mərkəzi yanaraq oradakı çoxsaylı sahibkarlara ciddi maddi ziyan dəyəndə atdı: vətəndaşların zərərini dövlət öz üzərinə ğötürdü!

Əslində sərbəst bazar iqtisadiyyatı şəraitində hərə öz qazanc ziyanına yiyə durur!

Dünyanın heç yerində dövlət belə məsələlərə müdaxilə etmir!

Sosial şəbəkə iştirakçıları arasında belə bir mövqeyi əks etdirən status paylaşanlar da vardı:

" üçün dövlət sahibkarın ziyanını ödəməlidir, axı sahibkar özü üçün qazanıb, vergidən başqa dövlətə heç verməyib?”

"Bizim bütün problemlərimizi dövlət qarşılamalı, dövlət vəsaiti hesabına bütün çətinliklərimiz həll olunmalıdır - özünü real həyatda doğrultmamış sovet dövrü psixologiyasından haçan yaxa qurtaracağıq?”

Əlbəttə, bu cür düşünənlərin söylədiklərində bir həqiqət var idi buna görə həmin insanları qınamaq çətindir!

Doğrudan da mal qazanc sənin, yer sahibkarın - dövlət isə heç birinizin işinə qarışmayıb!

Belədə ziyanınıza niyə şərik olmalıdır?!

Obyektivlik rasionallıq baxımından məntiqli sual yanaşmadır!

Lakin çatışmayan cəhətləri var!

Bu yanaşmada humanizm görünmür!

Bu yanaşmada insanları dardan qurtarmaq istəyi yoxdur!

Bu yanaşmada malını-varını itirən, işindən məhrum olan, farsmajor nəticəsində borca çıxılmaz vəziyyətə düşən insanların halına yanıb dərdinə qalmaq istəyi çatmır!

İlham Əliyev tərəddüd göstərmədən humanizm insanlıq mövqeyində dayandı!

Böyük ürək sahibi olaraq, alicənab addım atdı!

Özünü həm səxavətli, əliaçıq təmizqəlbli insan kimi göstərdi!

Ciddi itkiyə məruz qalanların dadına çatmaq barədə qəti qərarını verdi: "...Biz sahibkarların problemlərini həll etməliyik. Onlar öz yerlərini, öz əmlakını itiriblər. Onlara maddi ziyan dəyib. Bəziləri borc alıb orada malları satışa çıxarıblar... Biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik”.

Bəli, dövlət başçısı yenə vətəndaşının yanında olduğunu sübuta yetirdi!

Necə deyərlər, sığorta təşkilatının funksiyasını dövlət öz üzərinə götürdü, sığortasız mallardan sahibkara dəyən ziyan qarşılandı!

Həm yalnız humanizm insanlıq prinsiplərini əsas götürməklə!

 

İLHAM ƏLİYEV SƏXAVƏTİ:

 

* Xalqını sevən dövlət rəhbərinin səxavətidir!

* Vətəndaşı çətin duruma düşən dövlət başçısının həmişə olduğu kimi, yenə ürəkdən gələn səxavətidir!

* Daim seçicilərinin yanında olan onların bütün problemlərinə həssaslıqla yanaşan dərhal kömək əli uzadan əsl Xalq Prezidentinin səxavətidir!

Belə Prezidenti kim sevməz kim onunla fəxr etməz?!

 

ƏLBƏTTƏ, HAMI SEVƏR!

 

Bütün sorğularda prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin seçici səsi ilə verdiyi birmənalı müsbət cavabdır!

Üstəlik ümumxalq məhəbbəti ilə yoğrulmuş cavab!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2019.-4 aprel.- S.1.