Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə çatıb

 

Prezident İlham Əliyev və birinci  xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını təbrik edirlər

 

2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideynlərini təbrik edirlər.

 

Azərbaycan.- 2019.- 7 aprel.- S.1.