Dəniz şəhəri 70-ci baharını yaşayır

 

Neft daşları dünən və bu gün

 

70 il əvvəl Xəzərin bu ərazisində dənizin dibindən baş qaldırıb bir hissəsi suyun üzərində görünən qara daşlardan başqa heçyox idi. Bakı gəmi təmiri zavodlarında istifadədən silinmiş yeddi iritonnajlı gəmi gətirilərək qara daşların yanında basdırıldı.

Qeyri-adi bir ada yarandı o, Xəzərin fatehlərini fırtınalardan qoruyan sığınacağa, dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrildi. Beləliklə, "Qara daşlar” "Yeddi gəmi adası” adlandırıldı. Daha sonra bu yer ilk adlarını dəyişərək həmişəlik Neft Daşları kimi tanındı.

1949-cu ilin yazında burada ilk buruq quraşdırıldı. Həmin ilin yayında birinci kəşfiyyat quyusunun qazılmasına başlandı. Payızda isə quyu neft fontanı vurdu. Bu, dünyada dəniz nefti erasının başlanğıcı idi...

Sonrakı illərdə Neft Daşlarında tikinti işləri geniş vüsət aldı. 1951-ci ildən estakada və meydançaların tikintisinə start verildi. Kommunikasiya xətləri çəkildi, istehsalsosial təyinatlı obyektlər inşa edildi.

1980-ci illərin əvvəllərində Neft Daşlarının görkəmi bax, belə idi - fotomüxbirimizin arxivində qorunub saxlanan bu ağ-qara təsvirli şəkillərdəki kimi...

Dəniz şəhərinin əmək ahəngi yenə də eyni qaydada davam edir. Kilometrlərlə uzanan estakadalarda, onlarca estakadayanı meydançadabunlardan bir qədər aralıda - dənizin qoynundakı dərin özüllərdə fədakar Azərbaycan neftçisi yenə də hünər göstərir.

Neft Daşları dünyada bənzəri olmayan şəhərdir. Son illərdə onun siması daha da dəyişib. Polad dayaqlar üstündə qərar tutan şəhərdə 5 9 mərtəbəli yataqxanaların, mədəniyyət evinin, muzeyin, tibb-sanitar hissəsinin digər obyektlərin tikilməsi, bir qarış torpağı belə olmayan məkanda park salınması, gül-çiçək əkilməsi onun "Möcüzə-şəhər”, "Dünyanın səkkizinci möcüzəsi”, "Möcüzələr adasıadlandırılmasını əsaslandırır.

İndi Neft Daşları özünün 70-ci baharını yaşayır. Bakıdan 100, Pirallahı adasından 50 Çilov adasından 30 kilometr məsafənin ayırdığı neftçilər şəhərinə hər gün vertolyotlar eniş edir, gəmilər yan alır. Onlar Bakıdan gətirdikləri sərnişinləri başına çatdırır, əmək növbəsi sona yetənləri sahilə, ev-eşiyinə qaytarır.

Beləcə, bu fədakar insanlar 70 ildir istismar olunan, əslində köhnə yataq sayılan "Neft Daşları”nda ekstremal şəraitdə - dənizin sərt qoynunda əmək xariqələrini davam etdirirlər. Onlar dövlətin qarşıya qoyduğu yerli istehsalı artırmaq, köhnə yataqlarda hasilatı saxlamaq vəzifəsini şərəflə yerinə yetirirlər.

 

Azərbaycan.- 2019.-7 aprel.- S.5.