Böyük Qafqazın geoloji incisi

 

Aprel ayının ilk həftəsinin sonuncu günü...

 

Hər il təqvimin bu günündə Müstəqil Dövlətlər Birliyində Geoloq Günü qeyd edilir. Bu il isə Geoloq Günü 7 aprel tarixinə təsadüf edib. Azərbaycan geoloqları da bu günü bayram kimi qeyd edirlər.

Bu peşə bayramı 1966-cı il martın 31-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sovet İttifaqının mineral-xammal bazasının yaradılmasında geoloqların xidmətlərinin qeyd edilməsi məqsədilə təsis olunub. Bayramın keçirilmə vaxtı kimi aprel ayının əvvəllərinin seçilməsi qış fəslinin sona çatması müvafiq sahə üzrə fəaliyyət göstərən mütəxəssislərin çöl-tədqiqat işləri, eləcə ekspedisiyalara hazırlıqları ilə əlaqədardır.

Bu gün geoloqlardan başqa, həm axtarış faydalı qazıntıların hasilatı ilə bağlı peşəyə sahib olan bütün insanların bayramı hesab edilir.

 

Azərbaycanda geoloji tədqiqatlara zaman başlanılıb?

 

Azərbaycanın geoloji mühiti faydalı qazıntıları 180 ildən artıq müddət ərzində yerli xarici mütəxəssis-geoloqların bir neçə nəsli tərəfindən ətraflı tədqiq edilib. Azərbaycanda geoloji tədqiqatların başlanması məşhur avstraliyalı alim G.Abiün adı ilə bağlıdır. Alimin ən böyük xidməti regionun müxtəlif hissələrində inkişaf etmiş çöküntülərin statiqrafik bölgüsünü xarakterini verməsi olmuşdur.

Uzun müddətdir tədqiq edilən Azərbaycan geologiyası, müasir dövrdə yaşanan yeniliklərdən xəbər tutmaq üçün Geologiya Geofizika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli ilə həmsöhbət olduq.

 

Mürəkkəb rəngarəng geoloji quruluş

 

Müsahibimiz deyir ki, Şərqi Avropa tavası ilə Afrika-Ərəbistan tavalarının toqquşduğu sərhəddə yerləşən Azərbaycan ərazisi mürəkkəb rəngarəng geoloji quruluşa malikdir.

- Azərbaycan Aralıq dənizi qırışıqlıq qurşağının Qafqaz seqmentinin şərq hissəsini əhatə edir. Bütün Qafqaz regionunda olduğu kimi, burada da yer qabığının quruluşu tektonik cəhətdən yekcins olmayıb, onu təşkil edən struktur vahidlərin mürəkkəb qarşılıqlı münasibətləri ilə səciyyələnir.

Məmləkətimizin geoloji quruluşunda Böyük Kiçik Qafqaz dağ-qırışıqlıq sistemləri, onların arasında yerləşən Kür dağarası çuxuru Talış qırışıqlıq əyaləti ayrılır ki, onlar da öz növbəsində daha kiçik struktur elementlərdən ibarətdir. Geoloji inkişaf tarixinin müasir mərhələsində Afrika Avrasiya qitələrinin toqquşması baş verir ki, bu proses çərçivəsində Afrika qitəsinin parçası olan Ərəbistan plitəsi şimal istiqamətdə hərəkət edərək Şərqi Anadolu, Mərkəzi İran onların önündə yerləşən Qafqaz bərzəhinin müxtəlif ölçülü bufer strukturlarına yeridilir. Azərbaycan ərazisinin müasir geoloji quruluşu da məhz bu proses nəticəsində formalaşıb.

 

Beynəlxalq "Təbiət abidəsistatusu

 

Azərbaycanın geologiya elmi daim inkişafdadır. Tələt Kəngərli bu sahədə son illər ərzində bir sıra nailiyyətlərin əldə edildiyini xüsusi vurğulayır.

- Bu nailiyyətlərin sırasında bir çoxu mühüm əhəmiyyətlidir. Belə ki, H.Zərdabi adına Təbiət-tarixi muzeyinin əməkdaşları son illər ərzində Mingəçevir su anbarı ətrafında geniş çöl işləri aparıb onun cənub sahilindəki Bozdağ Qaraca silsilələrində inkişaf tapmış cavan (Abşeron Bakı regiomərtəbələri) çöküntülərdən onurğalı heyvanların yeni növlərini (ibtidai öküz - Bos trochontery, qədim kərkədan - Merki, Wüsti ya da Trogonteri filinin kəlləsi, qədim atın (Kabalus forması) nəcib maralın postkranial sümükləri), həmçinin qədim insanların (Paleolit dövrü) hazırladığı əmək alətləri aşkar edilib.

Aparılan tədqiqatların nəticəsində müəyyən edilib ki, Mingəçevir su anbarının ətrafları qazıntı halında tapılan onurğalı heyvanların dünyada analoqu olmayan nəhəng regionudur bu ərazinin qorunması baxımından ona beynəlxalq "Təbiət abidəsistatusunun verilməsi böyük əhəmiyyət kəsb edir.

"Geotektonika regional geologiyaşöbəsində aparılan tədqiqatlar nəticəsində isə Azərbaycan torpaqlarının UNESCO-nun tələblərinə cavab verə bilən beynəlxalq əhəmiyyətli milli geoparkların yaradılması baxımından böyük potensiala malik olduğunu göstərib. Bizim fikrimizcə, beynəlxalq səviyyəli geoparkın yaradılması baxımından Naxçıvan MR daha böyük imkanlara malikdir. Burada aparılmış tədqiqatlar nəticəsində 100-ə yaxın geosayt qeydə alınıb. Bununla yanaşı, əraziyə məxsus zəngin arxeoloji, mədəni-memarlıq, bioloji müxtəliflik potensialı, inkişaf etmiş infrastruktur insan faktoru UNESCO-nun geoparklar üçün irəli sürdüyü tələblərə tam uyğun gəlir.

 

Öyrənilməmiş nadir torpaq elementlərinin axtarışı

 

Bu gün AMEA Geologiya Geofizika İnstitutunun alimləri əldə edilən nəticələrlə yanaşı, yeni elmi istiqamətlərdə öz tədqiqatlarını davam etdirməkdədirlər. Müsahibim deyir ki, tədqiqatların elmi istiqamətlərindən biri ölkə ərazisində yeni, bu günədək demək olar ki, öyrənilməmiş nadir torpaq elementlərinın (NTE) axtarışı onların ehtiyat potensialının qiymətləndirilməsi ilə bağlıdır.

- Tədqiqat işlərinə 2018-ci ildə başlanılıb 2023-cü ilin sonunadək aparılması nəzərdə tutulur. Cari gələcək illərin çöl tədqiqatları çərçivəsində NTE yığıntılarının intruziv effuziv konplekslərdə, müxtəlif filizlərdə, müxtəlif növ səpintilərin, konqlomeratların, çökmə biogen-çökmə törəmələrin, həmçinin yeraltı şoraba suların tərkibində axtarışı həyata keçiriləcək.

 

İkinci Göygölün yaranma ehtimalı

 

1139-cu il sentyabrın 30-da Gəncədə baş vermiş 9 ballıq zəlzələ zamanı Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qabağını kəsmiş təbii gözəlliyi ilə fərqlənən Göygöl gölü yaranmışdır. Müasir dövrdə belə bir geoloji dəyişikliyin yaşanması ehtimalına toxunan Tələt Kəngərli qeyd edir ki, Azərbaycanda, ümumilikdə Qafqaz regionunda bu cür dağıdıcı zəlzələlər, ətraf ərazilərlə, xüsusən İranla müqayisədə daha az müşahidə edilir son oxşar hadisə 1988-ci ildə hazırkı Ermənistan ərazisində baş verib.

- Bu cür durumu onunla izah etmək olar ki, əsas dağıdıcı zəlzələ ocaqları Ərəbistan plitəsinin Anadolu Mərkəzi İran blokları ilə maksimal geodinamik gərginlikli toqquşma zolağında yerləşir. Qafqaz ərazisi isə buradan xeyli məsafədə arxa plandadır.

 

Strateji əhəmiyyətli tibbi geologiya

 

Azərbaycanda tibbi geologiya istiqamətində tədqiqatlar 2010-cu ildən başlayaraq aparılır. Sosialyönümlü yeni elm sahəsi olan tibbi geologiya son illər respublikamız üçün strateji əhəmiyyətli bir istiqamətə çevrilmişdir.

Müsahibim deyir ki, Azərbaycanda tibbi geologiya üzrə həyata keçirilmiş tədqiqatların əsas məqsədi respublika ərazisinin radiasiya, geokimyəvi ekoloji xüsusiyyətlərinin öyrənilməsi ekoloji problemlər nöqteyi-nəzərindən ərazinin rayonlaşdırılmasıdır. 2010-cu ildən başlayaraq aparılmış tədqiqat işləri nəticəsində müəyyən işlər görülüb.

- Bundan başqa, şöbədə respublika ərazisində yayılmış mərgümüşlü suların ətraf mühit insan sağlamlığına göstərdiyi təsirin qiymətləndirilməsi istiqamətində tədqiqat işləri aparılır, həmçinin ölkənin yüksək təbii radiasiya müşahidə olunan bölgələrində radioekoloji tibbi-statistik xarakterli tədqiqat işləri həyata keçirilir. Gələcəkdə Azərbaycanın yüksək təbii radioaktiv fon radon qazının anomal konsentrasiyaları müşahidə olunan bölgələrində tədqiqat işlərinin daha da genişləndirilməsi adıçəkilən faktorların əhalinin sağlamlığına göstərdiyi təsirin qiymətləndirilməsi planlaşdırılır.

Həmçinin radonun həcmi aktivliyinin yüksək olduğu bölgələrdə yaşayan əhali üçün tövsiyələr işlənib hazırlanmaqdadır. Bundan başqa, neft-qaz çıxarma ərazilərində yataqların istismarı nəticəsində insan həyatı üçün təhlükəli olan ekoloji şəraitin qiymətləndirilməsi planlaşdırılır.

Göründüyü kimi, illərdir öyrənilən, araşdırılan Böyük Qafqazın bir incisi - Azərbaycanın mürəkkəb geoloji quruluşunda aparılan tədqiqatlar nəticəsində hələ çox yeniliklərə rast gəlinəcək.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 7 aprel.- S.6.