ADA Universitetində dəyirmi masa: “Nüvə və yüksək enerji fizikası XXI əsrdə hara gedir?”

 

Aprelin 8-də ADA Universitetində "Nüvə və yüksək enerji fizikası XXI əsrdə hara gedir?” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, "Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə Azərbaycan arasında nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində əməkdaşlığın üfüqləri” mövzusunda beynəlxalq seminar çərçivəsində keçirilən dəyirmi masaya ABŞ-ın Merilend Universitetinin professoru, akademik Roland Saqdeyev moderatorluq edib.

Tədbirdə Flerov adına nüvə reaksiyaları laboratoriyasının direktoru Sergey Dmitriyev, Antiprotonion tədqiqatı mərkəzinin (FAIR) elmi direktoru və idarə heyətinin sədri Paolo Qubellino (Almaniya), Praqada Çex Texniki Universiteti nəzdindəki Eksperimental və Tətbiqi Fizika İnstitutunun direktoru İvan Stekl mövzu ətrafında çıxış ediblər.

S.Dmitriyev "Mendeleyev dövrü cədvəlində ən ağır elementlər. Bu gün və gələcək” mövzusunda təqdimat edib. O, belə tədbirlərin Azərbaycanın müvafiq sahəyə töhfə verməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

P.Qubellino sədrlik etdiyi FAIR-in fəaliyyəti barədə məlumat verib. Bildirib ki, bu müəssisə dünyada ən geniş "Data mərkəz”lərindəndir. Alim tədqiqat mərkəzinin həyata keçirdiyi layihələr nəticəsində əldə olunan yeni kəşflər izotoplar barədə danışıb. Mərkəzin həyata keçirdiyi layihədə 9 ölkənin beynəlxalq payçı 1 ölkənin assosiativ tərəfdaş kimi çıxış etdiyini diqqətə çatdırıb. Mərkəzin kosmik radiasiyadan mühafizə sahəsində eksperimentlər apardığını deyən P.Qubellino bu araşdırmaların uğurlu nəticələri olaraq daha uzaq, məsələn Mars planetinə kosmik səfərlərin asanlaşacağını qeyd edib.

"Nüvə zərrəciklər fizikasımövzusunda təqdimatla çıxış edən İ.Stekl bildirib ki, XXI əsrdə zərrəciklər fizikası qarşısında duran ən aktual məsələ yüksək enerji fizikası sahəsində güclü kollayderlər vasitəsilə zərrəciklərin araşdırılması olub. O, həmçinin XXI əsrdə bu sahədə aşağı enerji fizikası aşağı sıxlıqlı elementlərin araşdırılmasının əhəmiyyətinin artdığını qeyd edib. İ.Stekl rəhbərlik etdiyi institutun apardığı son eksperimentləri layihələri diqqətə çatdırıb.

Sonda akademik R.Saqdeyev bildirib ki, beynəlxalq seminar çərçivəsində BDU ilə Çex Texniki Universiteti nəzdindəki Eksperimental Tətbiqi Fizika İnstitutu arasında imzalanmış əməkdaşlıq protokolu gələcəkdə Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığa qoşulmasına təkan verəcək.

 

Azərbaycan.- 2019.- 9 aprel.- S.3.