Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin
Sədri İndoneziyanın
ölkəmizdəki səfiri
ilə görüşüb
Aprelin 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov İndoneziya Respublikasının ölkəmizdəki
fövqəladə və
səlahiyyətli səfiri
Hüsnan Bəy Fanani ilə görüşüb.
Ali Məclisin Sədri səfiri yenidən Naxçıvanda görməkdən məmnunluğunu bildirib, ötən il İndoneziya nümayəndə heyətinin “Naxçıvan İslam Mədəniyyətinin Paytaxı 2018” tədbirlərində iştirakına görə təşəkkür edib. Həyata keçirilən səfərlərin əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayan Ali Məclisin Sədri Azərbaycan-İndoneziya əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini və iqtisadi-ticarət əlaqələrinin genişləndiyini bildirib.
Ali Məclisin Sədri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının rolunu diqqətə çatdırıb, mövcud imkanların təhsil və turizm əlaqələrinin inkişafına zəmin yaratdığını vurğulayıb.
Göstərilən qonaqpərvərliyə
görə minnətdarlıq edən Hüsnan
Bəy Fanani muxtar respublikada olmaqdan şərəf
duyduğunu qeyd edib. Nuhun vətəni Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı
seçilməsini və “Əshabi-Kəhf”in burada
yerləşməsini muxtar respublikaya səfər edən İndoneziya
nümayəndə heyətində dərin təəssürat
yaratdığını deyən qonaq
ölkəsində Naxçıvana böyük
maraq olduğunu bildirib. Səfir muxtar respublika ilə əlaqələrin inkişafına
mühüm əhəmiyyət verdiklərini
və əməkdaşlıq üçün
hazır olduqlarını diqqətə çatdırıb.
Azərbaycan.- 2019.- 10 aprel.- S.2.