“Hərbi vəzifə və hərbi
xidmət haqqında”, “Həbs yerlərində saxlanılan
şəxslərin hüquq və
azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan
Respublikasının qanunlarında, Azərbaycan Respublikasının
Cəzaların İcrası və İnzibati
Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci, 6-cı, 17-ci, 18-ci və 20-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasında dövlət
daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 2, maddə 56; 2015, ¹ 2, maddə 92, ¹ 5, maddə
496, ¹ 7, maddə 821; 2016, ¹ 6, maddələr 999, 1007; 2017, ¹ 10, maddə 1769; 2018, ¹ 7 (I kitab),
maddə 1425, ¹ 11, maddələr
2204, 2205) 8.2.3-cü maddəsində "etməlidir.” sözü
"etməli;” sözü
ilə əvəz edilsin və aşağıdakı məzmunda
8.2.4-cü maddə əlavə
edilsin:
"8.2.4. müddətli həqiqi
hərbi xidmətə
çağırılan Azərbaycan
Respublikasının vətəndaşlarının
məcburi dövlət
daktiloskopik qeydiyyatını
aparmalıdır.”.
Maddə 2. "Həbs
yerlərində saxlanılan
şəxslərin hüquq
və azadlıqlarının
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 7, maddə 641; 2014, ¹ 4, maddə 347, ¹ 7, maddə
767; 2016, ¹ 6, maddə 987; 2018, ¹ 10, maddə 1979, ¹ 11, maddə
2226) 12.1.2-ci və 36.3-cü maddələrində "daktiloskopik”
sözü "Azərbaycan
Respublikasında dövlət
daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş
hallarda məcburi dövlət daktiloskopik və məcburi dövlət genom” sözləri ilə əvəz edilsin.
Maddə 3. Azərbaycan
Respublikasının Cəzaların
İcrası Məcəlləsinə
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 8 (III kitab), maddə
586, ¹ 12, maddə 835; 2001, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə
9, ¹ 5, maddələr 237, 240, 244, ¹ 8, maddə 463; 2004, ¹ 6, maddə
399; 2005, ¹ 4, maddə 278; 2006, ¹ 11, maddə 929; 2007, ¹ 8, maddə
756, ¹ 11, maddə 1049, ¹ 12, maddələr
1197, 1218; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddələr 602, 607; 2010, ¹ 3, maddə
171, ¹ 4, maddə 275, ¹ 7, maddə
591; 2011, ¹ 2, maddələr 70, 71, ¹ 6, maddə 473, ¹ 7, maddə
600, ¹ 12, maddə 1107; 2012, ¹ 5, maddə 406, ¹ 11, maddələr
1056, 1063; 2013, ¹ 8, maddə 889; 2015, ¹ 10, maddə 1107, ¹ 11, maddə
1271; 2016, ¹ 6, maddələr 981, 1000; 2017,
¹ 6, maddə 1058, ¹ 12 (I kitab),
maddə 2268; 2018, ¹ 5, maddə
881, ¹ 7 (I kitab), maddə
1422, ¹ 10, maddələr 1971, 1978, ¹ 11, maddə 2225) aşağıdakı
məzmunda 11.6-cı maddə
əlavə edilsin:
"11.6. Məhkumlar
"Azərbaycan Respublikasında
dövlət daktiloskopik
və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə
tutulmuş hallarda məcburi dövlət daktiloskopik və məcburi dövlət genom qeydiyyatından keçirilirlər.”.
Maddə 4. Azərbaycan
Respublikası İnzibati
Xətalar Məcəlləsinin
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (I kitab), maddə
202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr
835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə
1608, ¹ 11, maddələr 1769, 1774, 1781,
1783, 1786, 1788, ¹ 12, maddələr 1984,
2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹
2, maddələr 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr
698, 701, 734, 749, 754, ¹ 6, maddələr
1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296,
1297, 1299, ¹ 11, maddələr 1964, 1966,
1969, 1979, ¹ 12 (I kitab), maddələr
2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə 19, ¹ 2, maddələr
160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404,
¹ 4, maddə 646, ¹ 5, maddələr
857, 860, 862, 876, 883, ¹ 6, maddələr
1153, 1168, ¹ 7 (I kitab), maddələr
1435, 1437, 1438, ¹ 10, maddə 1963; ¹ 11, maddələr 2188, 2191, 2214, 2217, 2231; Azərbaycan Respublikasının
2018-ci il 30 oktyabr tarixli 1317-VQD nömrəli,
2 noyabr tarixli 1326-VQD nömrəli, 30 noyabr tarixli 1357-VQD, 1371-VQD, 1377-VQD nömrəli,
7 dekabr tarixli 1382-VQD,
1384-VQD nömrəli, 18 dekabr
tarixli 1395-VQD, 1398-VQD nömrəli
və 28 dekabr tarixli 1406-VQD, 1427-VQD, 1432-VQD nömrəli
qanunları) 156.2-ci maddəsinə
aşağıdakı məzmunda
üçüncü cümlə
əlavə edilsin:
"İnzibati
qaydada həbs edilmiş şəxslər
məcburi dövlət
daktiloskopik qeydiyyatından
keçirilirlər.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 5 mart
2019-cu il
Azərbaycan.- 2019.- 10 aprel.- S.4.