Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Vizasistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 10, maddə 1641; 2017, ¹ 6, maddə 1098, ¹ 12 (I kitab), maddə 2273; 2018, ¹ 4, maddə 663, ¹ 10, maddə 1987) ilə təsdiq edilmiş "ASAN Vizasistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

"1.2.4. birdəfəlik ya çoxdəfəlik elektron vizanın 3 günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində verilməsini;”;

1.2. 6.1.2.1-ci yarımbəndə "7.4-cü” sözlərindən sonra ", 7.4-1-ci” sözləri əlavə edilsin;

1.3. 7.3-1-ci, 7.4-cü, 7.10-cu bəndlərə, 7.17-ci bəndin üçüncü cümləsinə (birinci halda), 7.17-1-ci bəndə, 7.18-1-ci bəndin birinci cümləsinə 7.24-cü bəndin birinci cümləsinə "elektronsözündən əvvəl "birdəfəliksözü əlavə edilsin;

1.4. 7.4.8-ci yarımbənddə "mobil stasionarsözləri "mobil ya stasionarsözləri ilə əvəz edilsin;

1.5. 7.4.13-cü yarımbənd ləğv edilsin;

1.6. aşağıdakı məzmunda 7.4-1-ci bənd əlavə edilsin:

"7.4-1. Sistemin istifadəçisi olan əcnəbi ya vətəndaşlığı olmayan şəxs çoxdəfəlik elektron viza alınması ilə bağlı birbaşa müraciət etmək üçün bu Əsasnamənin 7.4-cü bəndində qeyd edilən sənədə məlumatlara əlavə olaraq aşağıdakılar barədə məlumatı Sistemin internet informasiya ehtiyatında yaradılan müvafiq bölməyə daxil edir:

7.4-1.1. soyadının ya digər adlarının dəyişdirilməsi;

7.4-1.2. vətəndaşlığının dəyişdirilməsi;

7.4-1.3. viza üçün müraciət etdiyi günədək daimi yaşadığı ölkələr;

7.4-1.4. ailə vəziyyəti;

7.4-1.5. hazırkı yeri, vəzifəsi ixtisası;

7.4-1.6. Azərbaycan Respublikasının ərazisində qalacağı ünvanın telefon nömrəsi (mobil ya stasionar);

7.4-1.7. əvvəllər Azərbaycan Respublikasına səfər etməsi;

7.4-1.8. əvvəllər Azərbaycan Respublikasına səfər etmək üçün viza alması;

7.4-1.9. əvvəllər Azərbaycan Respublikasına səfər etmək üçün viza verilməsindən imtina edilməsi;

7.4-1.10. cinayət məsuliyyətinə cəlb edilməsi;

7.4-1.11. Azərbaycan Respublikasına dəvət edən tərəfin tam adı, ünvanı telefon nömrəsi (mobil ya stasionar);

7.4-1.12. son 3 ildə səfər etdiyi xarici ölkələr.”;

1.7. 7-1-ci hissənin adında "Vizanınsözü "Elektron vizanınsözləri ilə əvəz edilsin;

1.8. 7-1.0-cı bənddə "vizanısözündən əvvəl "birdəfəlik elektronsözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu fərmanın 1.6-cı bəndini nəzərə alaraq, bir ay müddətində "Viza blankının doldurulması Qaydası”nın, "Viza almaq üçün ərizə-anket”in nümunəsinin "Azərbaycan Respublikasına əcnəbini ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti”nin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 87 nömrəli Qərarında müvafiq dəyişiklik etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 aprel 2019-cu il

 

Azərbaycan.- 2019.-10 aprel.- S.4.