BELTA agentliyi Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı geniş məqalə yayıb

 

Belarusun dövlət xəbər agentliyi olan BELTA Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı geniş məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyinin fəaliyyəti nəticəsində rəsmi məlumatlara istinad olunmaqla dərc edilən məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 9-da Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşdükləri qeyd olunub.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin görüşdəki fikirləri yer alıb. Vurğulanır ki, Prezident İlham Əliyev Həsənova Mehribanın valideynlərinə onun Azərbaycanın 10 milyonuncu sakini olması barədə sertifikatı və mənzilin çıxarışını təqdim edib.

 

Azərbaycan.- 2019.- 11 aprel.- S.10.