Valentina Matviyenko: “Əgər Heydər
Əliyev sağ olsaydı, Azərbaycanda baş verən bu dəyişikliklərlə
çox fəxr edərdi”
Rusiya Federal Məclisi
Federasiya Şurasının
sədri ölkəmizdəki
dinamik, düşünülmüş
inkişafa, belə gözəlliyə çox
az yerdə
rast gəlindiyini bildirdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, xanım Valentina Matviyenkonu və nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:
Hörmətli Valentina İvanovna, hörmətli qonaqlar.
Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə çox şadam. Siz Azərbaycana belə geniştərkibli nümayəndə heyəti ilə gəlmisiniz. İlk növbədə, Sizi bu yaxınlarda qeyd edilən yubileyiniz münasibətilə şəxsən təbrik etmək istərdim. Mən Sizə təbrik məktubu göndərmişdim və bir daha şəxsən təbrik etmək, ən xoş arzularımı bildirmək və işinizdə uğurlar arzulamaq istərdim. Əlbəttə, biz çox şadıq ki, yubileydən az sonra Siz bizim ölkəmizi ziyarət edirsiniz. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək. Əlaqələr çoxplanlıdır, həyatın demək olar ki, bütün sahələrini əhatə edir və yaxşı dinamikaya malikdir. Biz siyasi sahədə fəal qarşılıqlı fəaliyyət göstəririk, iqtisadi potensialı artırırıq, uğurla həyata keçirilən iqtisadi, nəqliyyat, energetika sahələrində əməkdaşlıq üzrə bir neçə yol xəritəsi mövcuddur. Təsadüfi deyil ki, hər iki tərəf ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq münasibətləri kimi dəyərləndirir.
İkitərəfli münasibətlərin inkişafında humanitar sahənin xüsusi əhəmiyyət kəsb etdiyini bildirən Prezident İlham Əliyev bu işdə Bakı Humanitar Forumunun rolunu qeyd etdi, təhsil, mədəniyyət, elm sahələrində sıx əlaqələrin mövcud olmasından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Şimal-Cənub dəhlizi ilə bağlı birgə fəaliyyətin də iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını dedi. Prezident İlham Əliyev, eyni zamanda, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin inkişafına töhfə verdiyini vurğuladı. Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.
***
Rusiya Federasiyası
Federal Məclisi Federasiya
Şurasının sədri
Valentina MATVİYENKO dedi:
- Çox sağ olun,
çox hörmətli
cənab Prezident.
İlk növbədə, bizim nümayəndə heyətini
qəbul etdiyinizə,
parlamentlərarası əməkdaşlığa
göstərdiyiniz diqqət
və dəstəyə
görə səmimi qəlbdən Sizə təşəkkür etmək
istəyirəm. Biz sizin
gözəl ölkənizdə
həmişəki kimi
diqqət, qonaqpərvərlik,
qayğı ilə əhatə olunmuşuq.
Əminəm ki, nümayəndə
heyətinin bütün
üzvləri üçün,
- onların əksəriyyəti
ilk dəfədir ki, Azərbaycandadır, - bu səfər yaddaqalan olacaq. İlk növbədə, demək istəyirəm ki, səfərdən əvvəl mən Vladimir
Vladimiroviç Putinlə
görüşdüm. O, xahiş etdi ki, böyük salamlarını, ən xoş arzularını Sizə çatdırım.
O, bir qədər əvvəl - aprelin 2-də
Sizinlə olan telefon söhbətini də xatırladı. Bu sözləri Sizə
məmnunluqla çatdırıram.
Prezident İlham ƏLİYEV: Mənim də ən xoş arzularımı və böyük salamlarımı Vladimir Vladimiroviçə
çatdırın.
Xanım Valentina MATVİYENKO:
-Sağ olun. Mən salamlarınızı mütləq çatdıracağam.
Çox
hörmətli İlham
Heydəroğlu, Sizinlə
şəxsən görüşməkdən
çox məmnunam.
Həmişə bu görüşləri
xatırlayıram. Bakının necə inkişaf etməsinə heyran qaldığımı növbəti
dəfə bildirməyə
bilmərəm. Mən
Bakıda, Azərbaycanda
5 il idi
ki, olmamışdım.
Çox
böyük dəyişiklər
var - heyrətamiz, yeni binalar, nadir memarlıq nümunələri.
Bilirsiniz,
düşünürəm ki, əgər Heydər Əliyev sağ olsaydı, Azərbaycanda baş verən bu dəyişikliklərlə
çox fəxr edərdi. Həqiqətən
də mən çox yerlərdə, dünyanın bir çox ölkələrində
olmuşam, bu cür dinamik, düşünülmüş inkişafa, belə gözəlliyə çox
az yerdə
rast gəlinir. Bizim səfər əlamətdar
vaxta təsadüf edir. Düz bir il əvvəl Siz prezident seçkilərində
inamlı qələbə
qazandınız. Azərbaycan
vətəndaşlarının mütləq əksəriyyəti
Sizə, Sizin daxili və xarici siyasi kursunuza
güclü dəstək
verdi. Bu qələbə həqiqətən
olduqca layiqli və inamlı idi. Siz artıq qeyd
etdiniz ki, Rusiya-Azərbaycan münasibətləri
bütün sahələrdə
dinamik inkişaf edir, strateji tərəfdaşlıq səviyyəsinə
qalxıb. Bu əlaqələrin, bu kursun bünövrəsini
çox hörmətli
Heydər Əliyev qoyub. Əlbəttə, Rusiya-Azərbaycan münasibətlərində həlledici
rol bizim ölkələrin liderlərinə,
prezidentlərinə məxsusdur.
Bilirik ki, Sizin ölkənizlə əməkdaşlığın genişləndirilməsinə böyük
maraq var, çünki Sizin ölkədə sabitlik var, siyasi, sosial
sabit vəziyyət, ölkənin iqtisadi inkişafının yaxşı
dinamikası mövcuddur.
Turizm sahəsində
iki ölkə arasında əlaqələrin
inkişafına toxunan
Valentina MATVİYENKO dedi:
-Bizim əməkdaşlığımızın yaxşı ab-havasının
əlaməti odur ki, Rusiyadan Azərbaycana
gələn turistlərin
axını əhəmiyyətli
dərəcədə artıb.
Ötən il
800 min rusiyalı gəlib.
Düşünürəm ki, bu rəqəm ildən-ilə
artacaq.
Valentina Matviyenko
Azərbaycanda rus dilinə olan münasibətlə bağlı
bildirdi:
-Rus dilinə, mədəniyyətinə
olan münasibətə,
Azərbaycanda rus dilinin qorunub saxlanmasına yaradılan şəraitə görə
Sizə dərin təşəkkürümü bildirirəm.
Valentina Matviyenko iki ölkə arasında humanitar, mədəni, informasiya, təhsil sahələrində əlaqələrin
uğurla inkişaf etdiyini bildirdi, tələbə mübadiləsi
proqramının reallışdırıldığını
vurğuladı, ölkəmizdə
Rusiya Mədəniyyəti
Günlərinin keçirilməsinin
önəminə toxundu. Qonaq ölkələrimiz arasında
humanitar əlaqələrin
inkişafına Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük
töhfə verdiyini qeyd edərək dedi:
-Humanitar əməkdaşlığın inkişafına Azərbaycanın
Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanımın töhfəsini biz çox
yüksək qiymətləndiririk.
Valentina Matviyenko Bakı Humanitar Forumunun sivilizasiyalararası dialoqun
genişləndirilməsində roluna da toxundu.
Parlamentlərarası münasibətlərdən danışan
qonaq bu əlaqələrin bundan sonra da uğurla
inkişaf edəcəyinə
əminliyini ifadə etdi.
Sonra Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi
Federasiya Şurasının
sədri Valentina Matviyenkoya Azərbaycanın
"Dostluq” ordenini təqdim etdi.
Valentina Matviyenko Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq
və qarşılıqlı
əlaqələrin möhkəmləndirilməsində
xüsusi xidmətlərinə
görə dövlətimizin
başçısının Sərəncamı ilə
bu ordenlə təltif olunub.
Azərbaycanın "Dostluq”
ordeninə layiq görüldüyündən və
bu ordeni Prezident Ilham Əliyevin ona təqdim etməsindən böyük şərəf
duyduğunu deyən Valentina Matviyenko qeyd etdi ki,
özü və Rusiya parlamentariləri bundan sonra da
ölkələrimiz arasında
əməkdaşlığın genişləndirilməsi işində
səylərini əsirgəməyəcəklər.
Dövlətimizin başçısı Valentina
Matviyenkonun Azərbaycan-Rusiya
əlaqələrinin inkişafına
verdiyi töhfəni yüksək qiymətləndirdi,
ona gələcək fəaliyyətində yeni-yeni
uğurlar arzuladı.
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan.-
2019.-13 aprel.- S.1-2.