“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

"Vəkillər vəkillik fəaliyyəti haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 19; 2001, ¹ 12, maddə 736; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 8, maddə 599, ¹ 10, maddə 787; 2005, ¹ 8, maddə 686; 2006, ¹ 12, maddə 1005; 2007, ¹ 4, maddə 322; 2009, ¹ 7, maddə 517, ¹ 11, maddə 878; 2010, ¹ 5, maddə 375; 2011, ¹ 2, maddə 71, ¹ 6, maddə 478; 2013, ¹ 11, maddə 1272; 2017, ¹ 11, maddə 1977; 2018, ¹ 2, maddə 148, ¹ 11, maddə 2194; Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1343-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 11-ci maddənin III hissəsinin altıncı abzasına "dövriliyinisözündən sonra "(ildə bir dəfədən az olmayaraq)” sözləri əlavə edilsin.

2. 13-cü maddənin VIII hissəsi aşağıdakı redaksiyada verilsin:

"VIII. İxtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra bir il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz.”.

3. 24-cü maddənin I hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Vəkillik fəaliyyətinin bu qanunla müəyyən edilmiş hallarda dayandırıldığı dövrdə üzvlük haqqı ödənilmir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2019-cu il

 

Azərbaycan.- 2019.- 16 aprel.- S.4.