Azərbaycan Respublikası Prezidentinin “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanının ləğv edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 9, maddə 795; 2011, ¹ 12, maddə 1140; 2013, ¹ 8, maddə 895; 2014, ¹ 3, maddə 250; 2016, ¹ 1, maddə 68; 2018, ¹ 5, maddə 937) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında 1-ci hissəsində "Müharibə əlillərinəsözləri "Müharibə ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərəsözləri ilə əvəz edilsin;

1.2. preambulada "yetirərkənsözündən sonra ", habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədarsözləri əlavə edilsin "əlil olansözləri "əlilliyi müəyyən edilmişsözləri ilə əvəz edilsin;

1.3. 1.1-ci - 1.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

"1.1. I dərəcə əlilliyi olan şəxslərə - 250 manat;

1.2. II dərəcə əlilliyi olan şəxslərə - 230 manat;

1.3. III dərəcə əlilliyi olan şəxslərə - 210 manat.”;

1.4. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

"2. Müəyyən edilsin ki:

2.1. bu fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüdü dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik ödəyir;

2.2. bu fərmanın 1-ci hissəsi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri - daha yüksəyi verilir.”.

2. "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 1, maddə 17; 2016, ¹ 1, maddə 65; 2018, ¹ 5, maddə 938) ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2019-cu il

 

Azərbaycan.- 2019.-16 aprel.- S.4.