“Gənclər siyasəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər
tutaraq qərara alır:
"Gənclər siyasəti
haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 231;
2007, ¹ 8, maddə 746; 2010, ¹ 3, maddə 171)
aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddə üzrə:
1.1. 1.0-cı maddədə "Bu
qanunda istifadə olunan anlayışlar aşağıdakı
mənaları ifadə edir” sözləri "Bu qanunun məqsədləri
üçün aşağıdakı əsas
anlayışlardan istifadə edilir” sözləri ilə əvəz
edilsin;
1.2. 1.0.5-ci maddə ləğv
edilsin.
1.3. Aşağıdakı məzmunda
1.0.6 - 1.0.10-cu maddələr əlavə edilsin:
"1.0.6. sosial müdafiəyə
ehtiyacı olan gənclər - valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək
olan, əlil və sağlamlıq imkanları məhdud 18
yaşınadək olan, iş yeri və (və ya) qazancı
olmayan və məcburi köçkün gənclər;
1.0.7. risk qrupunda olan gənclər - cəzaçəkmə
müəssisələrindən azad edilən,
zorakılığa məruz qalan, insan alverinin qurbanı olan,
məcburi əməyə cəlb edilən, dini ekstremist və
terror təşkilatları ilə əlaqədə olan,
spirtli içkilərdən, narkotik vasitələrdən və
psixotrop maddələrdən və onların
prekursorlarından sui-istifadə edən, habelə
İİV/QİÇS-ə və digər təhlükəli
xəstəliklərə yoluxmuş gənclər;
1.0.8. gənc alim
və tədqiqatçı - yaşı 35-dən çox
olmayan alim və tədqiqatçı;
1.0.9. tələbə
özünüidarəetməsi - təhsil, elm, sosial, mədəni
və peşə hazırlığı sahələrində
tələbələrin fərdi inkişafı, asudə
vaxtının təşkili istiqamətində onların
ictimai fəaliyyəti.
1.0.10. gənclərin
könüllü fəaliyyəti - gənclərin
"Könüllü fəaliyyət haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq işlərin
görülməsi və ya xidmətlərin göstərilməsi
ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyəti.”.
2. 3-cü maddə üzrə:
2.1. 3.1-ci maddəyə "sosial”
sözündən sonra "və iqtisadi” sözləri əlavə
edilsin;
2.2. 3.2.2-ci maddəyə "mədəni
həyatında” sözlərindən sonra ", habelə idarəetmə
və vətəndaş cəmiyyətinin inkişafı sahələrində”
sözləri əlavə edilsin;
2.3. 3.2.4-cü maddədə
"qanunvericilik” sözü "qanunla” sözü ilə əvəz
edilsin;
2.4. Aşağıdakı məzmunda
3.2.5 - 3.2.7-ci maddələr əlavə edilsin:
"3.2.5. gənclərin
maraq və ehtiyaclarının nəzərə
alınması;
3.2.6. gənclər
siyasətinin formalaşmasında, həyata keçirilməsində
və qiymətləndirilməsində gənclərin
iştirakının təmin edilməsi və rəyinin nəzərə
alınması;
3.2.7. gənclərin
təhsili və məşğulluğunun təmin edilməsi
üçün şəraitin yaradılması.”.
3. 4-cü maddə üzrə:
3.1. 4.0.4-cü maddədə
"sahibkarlıq fəaliyyəti, bazar iqtisadiyyatının əsaslarına
dair biliklərə” sözləri "sahibkarlıq təşəbbüslərinin
("start-up”) dəstəklənməsi, dövlətin gənclər
siyasətində və dövlət proqramlarında nəzərdə
tutulmuş əsas istiqamətlərə dair biliklərə”
sözləri ilə əvəz edilsin;
3.2. 4.0.5-ci maddəyə
"informasiya təminatının” sözlərindən sonra
"və maarifləndirmənin” sözləri əlavə
edilsin;
3.3. 4.0.10-cu maddədə
"yaradılması” sözü " fəaliyyətinin
dəstəklənməsi” sözləri ilə əvəz
edilsin;
3.4. 4.0.11-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"4.0.11. gənclər
siyasəti sahəsində kadrların
hazırlanmasının, o cümlədən gənclərlə
işin təhlili, planlaşdırılması, təşkili
və qiymətləndirilməsi üzrə mütəxəssislərin
hazırlanmasının və əlavə təhsilinin təmin
olunması, bu məqsədlə mütəmadi təlimlərin
təşkili;”;
3.5. 4.0.12-ci maddəyə
"inkişafına” sözündən sonra ", yüksək
nailiyyətlər əldə etmiş gənclərin təbliğinə”
sözləri əlavə edilsin;
3.6. Aşağıdakı məzmunda
4.0.14-4.0.21-ci maddələr əlavə edilsin:
"4.0.14. aztəminatlı
gənc ailələrin sosial müdafiəsi;
4.0.15. gənc alim
və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi;
4.0.16. gənclərin
sosial-iqtisadi və mədəni inkişafı
üçün tədbirlərin həyata keçirilməsi;
4.0.17. sosial
müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin
sosial, mənzil, təhsil problemlərinin həlli və asudə
vaxtlarının səmərəli keçirilməsinə
yönəlmiş tədbirlərin həyata keçirilməsi;
4.0.18. gənclər
arasında könüllülük fəaliyyətinin təşviqi;
4.0.19. gənclər
arasında hər növ ekstremizmin və radikalizmin
qarşısının alınması;
4.0.20. gənclərin
fərdi inkişafı üçün qeyri-formal və
informal təhsilalma imkanlarının yaradılması;
4.0.21. gənclərin
inkişafı, yeni biliklərə yiyələnməsi məqsədi
ilə informasiya texnologiyaları, sosial şəbəkə və
multimedia vasitələrindən istifadə sahəsində
imkanların artırılması, bu sahədə
qanunvericiliyin tələblərinə riayət edilməsinə,
insanların şərəf və ləyaqətlərinin və
şəxsi həyatın toxunulmazlığı hüququnun
qorunmasına nəzarətin təmin edilməsi.”.
4. 5-ci maddə üzrə:
4.1. 5.3-cü maddəyə "digər " sözündən sonra "zərərli
vərdişlərə olan” sözləri əlavə edilsin;
4.2. 5.5-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"Gənclərin ahəngdar
inkişafı və asudə vaxtının təşkili, gənclərə
sosial-psixoloji, hüquqi və informasiya yardımının
göstərilməsi məqsədi ilə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
"Gənclər evi” sosial xidmət müəssisələri
şəbəkəsi yaradılır.”;
4.3. Aşağıdakı məzmunda
5.6-5.9-cu və 6-1-ci maddələr əlavə edilsin:
"5.6. Bu Qanunun 5.5-ci maddəsində
nəzərdə tutulan "Gənclər evi” sosial xidmət
müəssisələrində risk qrupunda olan gənclərə,
ilk növbədə, aşağıdakı xidmətlər
göstərilir:
5.6.1. risk qrupunda
olan gənclərin hüquqi və sosial-psixoloji yardımla təmin
edilməsi;
5.6.2. risk qrupunda
olan gənclərin aktiv məşğulluq tədbirlərinə
cəlb olunmasına kömək göstərilməsi;
5.6.3. risk qrupunda
olan gənclər üçün sosial-psixoloji reabilitasiya
kursunun təşkil edilməsi;
5.6.4. cəzaçəkmə
müəssisələrindən azad edilmiş sosial adaptasiyaya
ehtiyacı olan gənclərin sosial adaptasiya mərkəzlərinə
yerləşdirilməsinə kömək göstərilməsi;
5.6.5. "Könüllü fəaliyyət
haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq
risk qrupunda olan gənclərlə könüllülər
arasında qarşılıqlı yardım qruplarının
təşkil edilməsi;
5.6.6. risk qrupunda
olan gənclərin sosial müdafiəsi və sosial təminatı
ilə bağlı digər tədbirlərin həyata
keçirilməsinin təmin edilməsi.
5.7. 18 yaşınadək gənclərin
mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və
sağlam gəncliyin formalaşdırılması məqsədi
ilə aşağıdakılara yol verilmir:
5.7.1. onlara
tütün məmulatlarının, spirtli və energetik
içkilərin satışına;
5.7.2. onların
idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına;
5.7.3. "Uşaqların zərərli
informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası
Qanununa uyğun olaraq zorakılığın, qəddarlığın,
narkotik vasitələrin və psixotrop maddələrin,
alkoqollu içkilərin və tütün məmulatlarının,
cəmiyyət əleyhinə davranışın, pornoqrafik
xarakterli informasiyanın təbliğinə.
5.8. Müvafiq icra hakimiyyəti
orqanları 18 yaşınadək gənclərin mənəvi-əxlaqi
tərbiyəsini, onların həyatına, fiziki və psixi
sağlamlığına təhlükə yaradan zərərli
informasiyalardan qorunmasını təmin etmək məqsədi
ilə "təhlükəsiz internet” mexanizminin
yaradılmasını təmin edirlər.
5.9. Müvafiq icra hakimiyyəti
orqanları, kütləvi informasiya vasitələri, televiziya
və radio yayımçıları, sosial media vasitəsilə
gənclərdə vətənpərvərlik, milli və
ümumbəşəri dəyərlərə hörmət
hisslərinin, dövlətçilik prinsiplərinə
sadiqliyin gücləndirilməsi, tolerantlığın və
multikulturalizmin təbliği məqsədi ilə dövlət
rəmzləri, ölkə və dünya tarixi, mədəniyyəti,
tarixi şəxsiyyətlər, Milli qəhrəmanlar
haqqında elmi-populyar verilişlər hazırlayırlar və
maarifləndirici layihə və proqramlar həyata keçirirlər.”.
"Maddə 6-1. Sosial müdafiəyə
ehtiyacı olan və risk qrupunda olan gənclər
Dövlət sosial müdafiəyə
ehtiyacı olan gənclərin yaradıcılıq
potensialının inkişafı, iş yeri və layiqli həyat
səviyyəsinin təmin edilməsi üçün imkanlar
yaradır, sosial dəstəyin müvafiq modellərini tətbiq
edir, habelə risk qrupunda olan gənclərin sosial
adaptasiyası üçün tədbirlər həyata
keçirir.”.
5. 7-ci maddə üzrə:
5.1. 7.1-ci maddədə "asudə
vaxtın təşkili” sözləri "fiziki və
reproduktiv sağlamlığın təmin edilməsi” sözləri
ilə əvəz edilsin;
5.2. 7.2-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"7.2. "Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq dövlət təhsil
müəssisələrində təhsil alan
gənclərə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət göstərilir.
Müvafiq icra hakimiyyəti orqanları təhsili müəssisələrində
əyani təhsil alan gənclərin təhsil müəssisələrinin
vəsaiti hesabına hər il kompleks tibbi müayinədən
keçirilməsini təmin edirlər.”;
5.3. Aşağıdakı redaksiyada
7.3-1-ci və 7.6-cı maddələr əlavə edilsin:
"7.3-1. Gənclər
arasında zərərli vərdişlərə qarşı
təbliğat aparılır və sağlam həyat tərzi
ilə bağlı maarifləndirmə həyata
keçirilir.”.
"7.5. Müvafiq icra
hakimiyyəti orqanları gənclər arasında ailə
planlaşdırılmasına dair biliklərin
artırılması, habelə narkomaniya, toksikomaniya, alkoqolizm
və digər ağır xəstəliklərin
profilaktikası, azaldılması və aradan
qaldırılması üçün tədbirlər həyata
keçirirlər.”.
6. 8.1-ci maddə üzrə:
6.1. birinci hissədə " ,əmək
birjaları, peşə hazırlığı, yenidən
hazırlanma və ixtisasartırma kurslarının” sözləri
"və aktiv məşğulluq tədbirlərinin” sözləri
ilə əvəz edilsin;
6.2. ikinci hissədə
"ödənişli” sözü "haqqı ödənilən”
sözləri ilə əvəz edilsin;
6.3. aşağıdakı
məzmunda üçüncü hissə əlavə edilsin:
"Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) peşə
təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini
bitirmiş gənclərin uçotunu elektron qaydada aparır.”.
7. 8.2-ci maddə üzrə:
7.1. "Ordudan tərxis olunmuş, həmçinin
özəlləşdirilən müəssisə və təşkilatlardan
azad olunmuş gənclərin yeni peşələrə yiyələnməsi,
ixtisaslarının artırılması” sözləri "Hərbi
xidmətdən tərxis olunmuş, penitensiar müəssisələrdə
cəza çəkməkdən azad edilmiş, həmçinin
özündən asılı olmayan səbəblərə
görə iş yerini itirmiş gənclərin əlavə
təhsil alması” sözləri ilə əvəz edilsin;
7.2. aşağıdakı
məzmunda ikinci hissə əlavə edilsin:
"Müvafiq icra hakimiyyəti
orqanı gənclərin məşğulluğunun təmin
edilməsi məqsədi ilə "Məşğulluq
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq onların kvota üzrə işlə təmin edilməsi
üçün tədbirlər görür.”;
7.3. 8.4-cü maddədə
"güzəştli kreditlərlə” sözləri
"müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) vəsaiti hesabına güzəştli
kreditlərlə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada” sözləri ilə əvəz
edilsin.
8. 9-cu maddə üzrə:
8.1. 9.1-ci maddədə
"qanunvericiliklə müəyyən edilən güzəştli
ipoteka kreditləri və ssudalar” sözləri "müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən qaydada güzəştli ipoteka kreditləri və
güzəştli mənzil” sözləri ilə əvəz
edilsin;
8.2. Aşağıdakı məzmunda
9.3-cü maddə əlavə edilsin:
"9.3. gənclər
arasında, ailənin və nikahın əhəmiyyəti,
onun qorunması və möhkəmləndirilməsi məqsədi
ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi
nəticələrinə dair maarifləndirmə müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
aparılır.”.
9. Aşağıdakı məzmunda
9-1-ci maddə əlavə edilsin:
"Maddə 9-1. Gənclər təşkilatları
9-1.1. Gənclər təşkilatları
gənclərin problemlərinin müəyyən edilməsi və
həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının
ödənilməsi və s. məqsədi ilə
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq 16 yaşından 35 yaşınadək
olan fiziki şəxslər və (və ya) bu Qanuna uyğun
olaraq yaradılan gənclər təşkilatları tərəfindən
təsis edilən qeyri-hökumət təşkilatlarıdır.
9-1.2. Gənclər təşkilatlarının
üzvlərinin həmin təşkilatlarda üzvlüyünə
onların 35 yaşı tamam olduğu andan xitam verilir.
9-1.3. Gənclər təşkilatlarına
üzvlərin qəbulu və onların üzvlüyünə
xitam verilməsi, o cümlədən bu Qanunun 9-1.2-ci maddəsi
ilə müəyyən edilmiş yaş həddinə
çatma ilə əlaqədar onların üzvlüyünə
xitam verilməsi şərtləri və qaydası gənclər
təşkilatının nizamnaməsi ilə müəyyən
edilir.
9-1.4. Bu Qanunun 9-1.2-ci maddəsinin tələbləri
bu Qanun qüvvəyə minənədək
yaradılmış gənclər təşkilatlarının
təsisçilərinə şamil edilmir.”.
10. 10.2-ci maddənin ikinci cümləsində
"icra hakimiyyəti orqanının” sözlərindən
sonra "və ya bu Qanunun 4.0.10-cu maddəsində nəzərdə
tutulan Gənclər Fondunun” sözləri əlavə edilsin.
11. 13.1-ci maddədə "5 il”
sözləri "10 il” sözləri ilə əvəz
edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
5 mart 2019-cu il
Azərbaycan.- 2019.- 17 aprel.- S.4.