Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 2016-cı il 15 fevral tarixli 795 nömrəli və İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi barədə 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1326-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, 2 (II kitab), maddə 259, 3, maddə 460, 4, maddə 670, 6, maddələr 1025, 1063, 7, maddə 1272, 9, maddə 1468, 10, maddələr 1614, 1638; 2017, 2, maddələr 176, 202, 3, maddə 351, 4, maddələr 530, 537, 6, maddə 1101, 7, maddələr 1314, 1346, 8, maddə 1521, 9, maddə 1637, 10, maddələr 1788, 1798, 11, maddələr 2003, 2027, 12, maddələr 2290, 2320; 2018, 1, maddə 36, 2, maddələr 198, 201, 3, maddələr 418, 428, 443, 445, 5, maddələr 914, 918, 926, 955, 6, maddələr 1225, 1234, 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, 8, maddələr 1678, 1697, 9, maddə 1840, 11, maddələr 2244, 2256, 2273, 2289, 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, 1, maddələr 52, 68; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 mart tarixli 586 nömrəli Fərmanı) 5.27-1-ci bəndinə "Nazirliyi, sözündən sonra "taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, 2, maddə 200, 6, maddə 1105, 9, maddə 1638, 11, maddə 1984; 2018, 2, maddə 199, 3, maddələr 415, 419, 429, 5, maddələr 915, 927, 7 (I kitab), maddə 1481, 8, maddə 1698; 2018, 11, maddələr 2242, 2289, 12 (I kitab), maddələr 2566, 2597; 2019, 1, maddə 82; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 4 fevral tarixli 514 nömrəli 12 mart tarixli 586 nömrəli fərmanları) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının 2.1-ci, 2.2-ci 2.4-cü bəndlərinə "322.0.2, rəqəmlərindən sonra "322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2019-cu il

 

Azərbaycan.- 2019.-17 aprel.- S.5.