Sumqayıt Şəhər Məhkəməsinin hakimi İ.M.Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq qərara alıram:

 

Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 aprel 2019-cu il

 

Azərbaycan.- 2019.- 18 aprel.- S. 2.