V.Ə.Əliyevin 1-ci dərəcəli “Vətənə
xidmətə görə” ordeni ilə təltif
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında hərbi sahədə səmərəli fəaliyyətinə görə Vahid Əli oğlu Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 aprel 2019-cu il
Azərbaycan.- 2019.- 19 aprel.- S.3.